Frantişek Filip () — Çex rejissoru.

Həyatı Frantişek Filip 26 dekabr 1930-cu ildə Çexoslovakiyanın Pişek şəhərində anadan olmuşdur. Praqada Sənət Akademiyasında təhsil alarkən, O, 1950-ci ildə ilk filmini çəkmişdir. Bu film sənədli film idi. Məzun olduqdan sonra, 1954-cü ildə Çexoslovak Televiziyasına qatıldı və təqaüdə çıxana qədər orada çalışdı. Lakin, təqaüdə çıxdıqdan sonra da televiziyada çalışmağa davam etdi. Karyerası boyunca hər yaşdan izləyənlər üçün müxtəlif janrlarda 600-ə yaxın film və televiziya proqramının rejissorluğunu etdi və bu sahədəki əvəzsiz xidmətlərinə görə 2017-ci ildə Talia Mükafatına layiq görüldü.

Ölümü Məşhur rejissor Frantişek Filip də insanlığın bəlasına çevrilən koronavirus pandemiyasına yoluxmuşdu və bu amansız xəstəlikdən əziyyət çəkirdi. Uzun müddət sürən müalicələr belə onu xilas edə bilmədi və məşhur film və televiziya rejissoru Frantişek Filip 9 yanvar 2021-ci ildə koronavirus pandemiyasından dünyasını dəyişdi.

Filmoqrafiya

Televiziya filmləri 1960 - Fərdanın dünyaya necə gəlməsi (uşaqlar üçün) 1962 - Bir kottecdə üç oğlan 1966 - Elişka və ailəsi 1968 - Sağlam düşüncəli nikahlar 1971 - F. L. Yaş 1974 - Bir vaxtlar bir ev var idi 1975 - Cottagemen 1982 - Dobra Voda 1984 - Şef Svatoplukun utancı 1986 - Pis qan 1988 - Sirk Humberto 1990 - And içirəm və söz verirəm 1992 - Boyunbağı 2000 - Pra Pra Pra

Musiqi əsərləri 1978 - Polşa qanı 1981 - Barter Gəlin 1983 - Yarasa

Filmlər 1964 - Ruhun hekayəsi 1966 - Qəhrəman qorxur 1967 - Gənc Zəngin Adamın Əzabları 1969 - Cəsur Miss 1993 - Bir-birinin ardınca pişik 1999 - Qorxma və oğurlama

İstinadlar

Xarici keçidlər IMDB-də Frantişek Filip Frantişek Filip 90 yaşında COVID-19-dan dünyasını dəyişdi

Kateqoriya:COVID-19 pandemiyasından vəfat edənlər Kateqoriya:Çexiya rejissorları Kateqoriya:Çexlər