Böyükağa Hacıağa oğlu Mustafayev () — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).

Həyatı Böyükağa Mustafayev 1911-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının skripka sinfində təhsil alıb və ikinci kursdan Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi xorda oxumağa başlayıb. 1936-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrı truppasına qəbul edilib.

Gur bas səsə malik olan Böyükağa Mustafayev Üzeyir Hacıbəyovun "Koroğlu" operasında İbrahim xan rolunun ilk ifaçısı olmuşdur. O, "Əsli və Kərəm" operasında Keşişin obrazını da yaratmışdır.

Aktyor 1976-cı ildə Bakıda vəfat edib.

İfa etdiyi əsas rollar Rol Tamaşa Müəllif İbrahim xan Koroğlu Üzeyir Hacıbəyov Keşiş Əsli və Kərəm Üzeyir Hacıbəyov Vəzir və İbn Tahir Şah İsmayıl Müslüm Maqomayev Həsən kişi Nərgiz Müslüm Maqomayev Mayor Sergeyev Vətən Qara Qarayev, Cövdət Hacıyev Şah Xosrov və Şirin Niyazi Əmir Haris Nizami Əfrasiyab Bədəlbəyli Məmmədəli bəy Sevil Fikrət Əmirov Əsir gürcü Vaqif Ramiz Mustafayev Suniqa Karmen Jorj Bize Lodoviqo və Montano Otello Cüzeppe Verdi Sparafuçil Riqoletto Cüzeppe Verdi Don Bazilyo Sevilya bərbəri Coakkino Rossini Aşıq Səməd və Aşıq Həmid Şahsənəm Reynqold Qlier Narumov Qaratoxmaq qadın Pyotr Çaykovski

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan aktyorları