Honikulu boğazı () - Sakit okeanda Uollis və Futunaya daxil olan Uvea adasının cənubunda, sədd rifi ilə əhatələnmiş laqunu okean suları ilə birləşdirən boğaz. Təsviri thumb|left|Honikulu boğazı Boğazdakı qabarma və çəkilmənin gücü 6 düyünə çata bilir. Laqunun içərisindəki Fayoa keçidindən keçən bir kanal Mata Utu limanına çıxmağa imkan verir. Keçiddən gəmilər Mua körfəzinə girirlər. Honikulu boğazında çəkilmənin axını 2,5 ilə 4 düyün arasındadır, qabarma isə 4 ilə 6 düyün təşkil edir. Bu keçid suyun laqundan okeana boşaldılmasında mühüm rol oynayır: rif açıq okeandan dalğa yolu ilə su alır, lakin laqunun içindəki bu suyu bloklayır.

Tarix 1943-cü ildə ABŞ Ordusu Uollisdə bir hərbi baza qurduğu zaman Amerika hərbi gəmilərinin keçməsinə imkan vermək üçün keçid genişləndirilir. Bu işlər boğazdakı güclü cərəyanları bir qədər zəiflətdir. İstinadlar

Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Okeaniya boğazları