Fəyaz Rəşid Əhməd Həsən əl-Qədi Bənihəmməd (, ; ) ― 11 sentyabr 2001-ci il terror aktları çərçivəsində Yunayted Hava Yolları reys 175-i qaçıran beş nəfərdən biri.
Birləşmiş Ərəb Əmirliklərində anadan olan Bənihəmməd Visa Express proqramını istifadə edərək ABŞ turist vizasını almışdır.
Bənihəmməd 2001-ci ilin iyun ayında ABŞ-yə gəldi. 11 sentyabr 2001-ci ildə Bənihəmməd Yunayted Hava Yolları reys 175-ə mindi və təyyarənin qaçırılmasında iştirak etdi ki, o,Dünya Ticarət Mərkəzinin cənub qülləsinə dəysin.
Ləqəbləri Həm Bənihəmmədin özü, həm də media onu təsvir etmək üçün "Fəyaz Əhməd", "Bənihəmməd Fəyaz Əbu-Dabi Bənihəmməd", "Fəyaz Rəşid Əhməd", "Rəşid Əhməd Həsən əl-Qədi", " Əbu-Dabi Bənihəmməd Əhməd Fəyaz" və s. kimi digər ləqəblərindən istifadə edirdi.
Hücumlar
Fəyaz Bənihəmməd həm özünün həm də Mohand əl-Şəhri Yunayted Hava Yolları reys 175 uçuşu üçün 27 və ya 29 avqust tarixlərində bir tərəfli birinci sinif biletlərini VISA kartı ilə Mustafa əl-Havsəvdən $4464.50 qiymətinə aldı. Hər ikisinin ünvanını Mail Boxes Etc., Delrey Biç kimi qeyd etmişdir. Bu poçt ünvanı eyni uçuş üçün biletlərini bir gün sonra alan Həmzə və Əhməd əl-Həmdinin poçt ünvanları ilə üst-üstə düşmürdü, lakin hər iki qrup eyni telefon nömrəsini qeyd etmişdilər.
8-10 sentyabr tarixləri arasında Milner hotelində qalan Bənihəmməd zəif ingilis dili billiyini əsas gətirərək hotel işçisindən otaq üçün qeyd kartının doldurmasını istədi. 10 sentyabr 2001-ci ildə digər dörd təyyarə qaçıranlarla birgə Bostondaki Milner hotelinin otağında qaldı.
11 sentyabrda Bənihəmməd 175-ci reys təyyarəsinə daxil oldu və Şehrinin yanındaki 2A nömrəli oturacaqda əyləşdi. Uçuş başlayandan təxminən yarım saat sonra təyyarə qaçırıldı və daha sonra Dünya Ticarət Mərkəzinin cənub qülləsinə çırpıldı.
Sonraki hadisələr Hücumlardan sonra ABC News tərəfindən eyni adda birinin Laklend Hava Qüvvələri bazasındakı Xarici Dillər Hərbi İnstitutuna gəlib-getdiyini bildirildi. Bu iddianın Bənihəmmədin istifadə etdiyi saxta ünvandan peydə olduğu ehtimal olunur. ABC News. 2003.
Həmçinin bax
11 sentyabr terror aktları icraçılarının siyahısı
İstinadlar
Kateqoriya:11 sentyabr terror aktları iştirakçıları