Wade-Giles (Sadələşdirilmiş Çincə: 威妥玛拼音 və ya 韦氏拼音; Ənənəvi Çincə: 威妥瑪拼音; pinyin: wēituǒmǎ pīnyīn) Pekində istifadə olunan Mandarin formasına əsaslanan Çin romanizasiya sistemidir. XIX əsrin ortalarında Thomas Wade tərəfindən yaradılmış bir sistem əsasında inkişaf etdirilmiş və Herbert Giles tərəfindən 1892-ci ildə çıxarılmış Çincə-ingiliscə lüğəti ilə tamamlanmışdır.
Wade-Giles, 20-ci əsrin çox hissəsində İngilis dilində danışan ölkələrdə Çin dilinin əsas transliterasiya sistemi idi və Çin haqqında 1979-cu ildən əvvəl nəşr olunan bir çox istinad kitablarında istifadə edilmişdir. XIX əsrdə məşhur olan Nanjing əsaslı romanizasiya sistemlərini böyük ölçüdə əvəz etmişdir. Bu gün, əsasən pinyin sistemi bu sistemi əvəz etmişdir, lakin hələ də Çin Respublikasında (Tayvan) istifadə olunur.
Wade-Giles ilə yazılmış xüsusi adların Pinyin qarşılıqları
Peking = Beijing Nanking = Nanjing Tientsin = Tianjin Shantung = Shandong Shansi = Shanxi Shensi = Shaanxi Sinkiang = Xinjiang Kansu = Gansu Ho-pei = Hebei Fukien, Fu-chien = Fujian Kwangsi = Guangxi Kwangtung = Guangdong Kung fu = Gongfu K'ung-fu-tzu = Kong Fu Zi Konfutsi) Lao-tzu = Lao-tszı Sun-tzu = Sun Zi Hsia = Sya sülaləsi Chou = Çjou sülaləsi Ch'in = Qin sülaləsi Chin = Jin sülaləsi T'ang = Tan sülaləsi Sung = Sun imperiyası Ch'ing = Qing sülaləsi Yang-tse = Yangzi I-Ching = Yi Jing Tao-te-ching = Dao De Jing Tao = Dao Tien = Tian Mao Tse-Tung = Mao Zedong pei = bei tung = dong hsi = xi chung = zhong Kateqoriya:Çin yazıları Kateqoriya:Romanizasiya