Among Us — Innersloth tərəfindən inkişaf etdirilmiş və 15 iyun 2018 tarixində təqdim edilmiş videooyun. Onlayn oyundur və oyunda 2 rol – Crewmate (Məsum) və Impostor (Qatil) var. Crewmate oyunçuların məqsədi, Impostorlar onları öldürmədən Impostorları müəyyən edərək onları oyundan kənarlaşdırmaqdır və verilən tapşırıqları yerinə yetirməkdir.
Oynayış Oyun 4-15 oyunçu ilə oynanıla bilən onlayn oyundur. Oyunda 4 xəritə var: The Skeld (Kosmik gəmi), MiraHQ (qərargah binası), Polus (planetar baza) və The Airship (dirijabl) . Oyunda ekipaj üzvlərinin məqsədi saxtakarlar onları öldürmədən onları tapmaq və oyundan kənarlaşdırmaq və yaxud oyundakı tapşırıqları yerinə yetirməkdir. Tapşırıqlara asteroidləri yox etmək, kabelləri birləşdirmək, mühərrikləri işə salmaq və s. kimi şeylər aiddir. Saxtakarlar sabotaj edə bilərlər (reaktoru söndürmək, işıqları söndürmək, qapıları bağlamaq vəs.). Saxtakarların oyunu qazana bilməsi üçün sabotajlar uğurlu olmalı və ya ekipaj üzvlərinin sayı saxtakarların sayına bərabər olmalıdı. Oyunçular oyundan kənarlaşdırıldıqda onlar ruh olaraq oyuna davam edə: ekipaj üzvüdürsə tapşırıqları yerinə yetirərək, saxtakardırsa sabotaj edərək qazana bilərlər. Oyunda ruhlar sadəcə digər ruhları görə bilir, həmçinin onlar divarlardan belə keçə bilirlər.
İstinadlar
Kateqoriya:Strategiya videooyunları Kateqoriya:2018-ci ilin videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Çoxnəfərli onlayn oyunlar Kateqoriya:Elmi fantastika videooyunları Kateqoriya:İndi videooyunlar Kateqoriya:İOS videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:Sağ qalma simulyatorları Kateqoriya:Videooyun memləri Kateqoriya:Videooyunlara əsaslanan manqalar Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:2020-ci illərdə tendensiyalar və trendlər