Sultan Övrəngzib (Aləmgir) (Farsca: اورنگزیب عالمگیر Öwräŋzib Ālâmgir; ) — Böyük Moğol imperiyasının imperatoru.

Həyatı Övrəngzibin (Aləmgirin) 1707-ci ilə qədər sürən səltənəti dövründə imperatorluq ən geniş sərhədlərinə çatdı və Hindistan tamamilə türk hakimiyyəti altına girdi. İmperator taxt-tac qovğasına girişən qardaşlarını aradan qaldırdı. Övrəngzib türk və müsəlman dünyası ilə yaxşı əlaqələr yaratmış, qonşuları ilə əsaslı bir anlaşılmazlığı olmamışdır. Xalqdan alınan vergiləri azaltmış, nizam-intizamı və əmin-amanlığı təmin etmişdi. Yəmən imamına, Həbəşistan hökmdarına gümüş və qızıl pulla köməklik göstərmişdi. Ancaq onun zamanında Hindistan ticarətinə ingilislərdən sonra hollandlar da əl atmış, Qucarat limanlarında onlara da bəzi imtiyazlar verilmişdi. Ölkəsində getdikcə çoxalan xarici şirkətlərin istismarçılıq xətti yeritmələrindən narazıydı, amma özünün ticarət gəmilərini hind okeanındakı dəniz quldurlarından ingilislərin qoruduqları və Hindistanın iqtisadi mənafeləri onlarla xoş rəftarı zəruri etdiyi üçün gömrük vergilərini bir az artırmaqdan başqa bir iş görə bilmədi. Türküstandan kifayət qədər əsgərin gətirilməməsi bəzi tarixçilər tərəfindən Övrəngzibin nöqsanı kimi qiymətləndirilir. İmperator Türküstan əsgərləriylə həm hind çoxluğun təzyiqinə, həm də ölkəni ələ keçirməyə çalışan qərblilərə qarşı daha güclü və uğurlu mübarizə apara bilərdi. 1707-ci ildə Övrəngzibin ölümü ilə türk dövlətlərində yenidən taxt-tac münaqişələri başlandı.

Həmçinin bax Övrənabad — Övrəngzibin şərəfinə salınmış şəhər Mirvari məscid (Dehli)

İstinadlar

Kateqoriya:Böyük Moğol imperiyası hökmdarları Kateqoriya:XVII əsr hökmdarları Kateqoriya:Sünni müsəlmanları Kateqoriya:Hənəfilər Kateqoriya:Matüridilər Kateqoriya:İslam hökmdarları