Alan Pinkerton (; ) — şotland əsilli Amerika detektivi və kəşfiyyatçısı. Daha çox Pinkerton Milli Detektiv Agentliyinin () qurucusu kimi tanınır. Amerika Vətəndaş müharibəsi dövründə İttifaq kəşfiyyatı üçün çalışmışdır.
Pinkerton agentliyinin quruluş tarixi Alan Pinkerton Şotlandiyanın Qlazqo şəhərində polis çavuşu ailəsində anadan olub. Çəllək ustası peşəsinə yiyələnib. Çartist işçi hərəkatında fəal idiSeiple, Samantha (2015). Lincoln’s Spymaster: Allan Pinkerton, America’s First Private Eye. New York: Scholastic Press.pp. 11-13.
1842-ci ildə ABŞ-yə mühacirət etdi. Çikaqo yaxınlığındakı Dandi qəsəbəsində yerləşdi.
1846-cı ildə şerif seçildi. Dörd il sonra inzibati xidmətdən ayrılaraq, dəmir yolu oğurluqlarının istintaqında ixtisaslaşan xüsusi bir detektiv qurur. Agentliyin emblemi "Biz heç vaxt yatmırıq" şüarı ilə açıq bir gözün təsviri idi. Ən böyük uğurlardan bəziləri, 1861-ci ildə Baltimorda Prezident Linkolna qarşı sui-qəsdin qarşısının alınması və Adams Express dəmir yolu şirkətindən 700.000 dollarlıq oğurluq təşkilatçılarının tutulması idi..
Pinkerton, 1844-cü ildə abolisionistlərə qoşuldu və qaçaq kölələrin şimal əyalətlərinə və Kanadaya qaçaqmalçılığında kömək etdi. Con Braun ilə şəxsən tanış olmuş və 1859-cu ildə döyüş heyətinin təmin edilməsində iştirak etmişdir.
İstinadlar
Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ iş adamları Kateqoriya:Çikaqoda doğulan yazıçılar Kateqoriya:ABŞ abolisionistləri Kateqoriya:Avraam Linkoln