Lev Lazareviç Qruber (; ) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1987).

Həyatı Lev Qruber 1923-cü ildə Altay quberniyasının Barnaul şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Böyük Vətən müharibəsində iştirak etmiş, Sovet Ordusunda hərbi pilot olmuşdur. 1949-cu ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Bir il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş, 1950-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının truppasında çıxış etmişdir.

Aktyor 1990-cı ildə İsrailə köçmüş, orada da vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 mart 1961 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 20 mart 1987 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 aprel 1985 "Döyüş xidmətlərinə görə" medalı — 6 noyabr 1943

İfa etdiyi əsas rollar Rol Tamaşa Müəllif Qnezdiç Maskarad Mixail Lermontov Keşiş Kuraş ana Bertolt Brext Pyer Dinsizin tövbəsi İmran Qasımov Səməd Sən nə üçün yaşayırsan? İmran Qasımov və Həsən Seyidbəyli Şebelski İvanov Anton Çexov Astrov Vanya dayı Anton Çexov Treplev Qağayı Anton Çexov Parfiri Petroviç Cinayət və cəza Fyodor Dostoyevski Mələk Vəhşi mələk Aleksey Kolomiets Rodion Vasilyeviç Köhnə dəbli komediya Aleksey Arbuzov Kuklin Okean Aleksandr Şteyn Aleksey İvanov Ürəkdə əməliyyat Anatoli Safronov Kleş Həyatın dibində Maksim Qorki Jura Unudulmaz 1919-cu il Vsevolod Vişnevski Qolouşev Alovlu körpü Boris Romaşev Simon Renar Mariya Tüdor Viktor Hüqo

Filmoqrafiya Bizim küçə (film, 1961) — Lem Qızmar günəş altında (film, 1957) Uzaq sahillərdə (film, 1958)

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri