Trabzon — Türkiyənin ərazisinin böyüklüyünə görə ən böyük iyirmi doqquzuncu şəhəridir. Sahəsi 4.662 km²-dir. Trabzon, Qara dəniz sahilləri ilə Ziqana dağları arasında yerləşən, olduqca zəngin təbiətə, rəngarəng adət-ənənələrə, əsrarəngiz mədəniyyətə malik bir şəhərdir. Övliya Çələbi bu şəhər haqqında demişdi: Trabzou hətta Şahzadələr şəhəri də adlandırırlar.İnan, K., Trabzon'un Osmanlılar Tarafından Fethi. Erciyes Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, Sayı: 14, Sayfa: 71–83, Erzurum 2003/1.

Etimologiyası Yunan mifologiyasındakı Likaonun oğlu Trapezeusun Arkadiyadakı adaşına öz adını verdiyi bilindiyi üçün Qara dəniz sahilindəki Trabzonun da adını bu mifoloji qəhrəmandan aldığı və şəhərin adının yunan toponimika ənənəsindən qaynaqlandığı düşünülürÖzhan Öztürk. Pontus: Antik Çağ'dan Günümüze Karadeniz'in Etnik ve Siyasi Tarihi Genesis Yayınları. Ankara, 2011 s.548. Övliya Çələbinin 2500 illik tarixi olan bu adı XVII əsrdə türk xalq etimologiyasından qaynaqlanan “Tuğra-bozan” ifadəsi ilə izah etmək cəhdi bəzi dairələr tərəfindən ciddi qarşılanıbŞakir Şevket. Trabzon tarihi, 2001. s.47-49. Hamilton şəhərin görünüşünü şəhərin cənub-şərqində sıldırım yamaclarla yüksələn, lakin üstü düz olan Boztəpə ilə əlaqələndirib və qədim Trabzon sikkələri üzərində çəkilmiş “masa” rəsimlərinin dəstəyi ilə şəhərə görünüşünə görə yunanca Trapezus, “masa” mənasını verən adının verildiyini iddia edibÖzhan Öztürk. Karadeniz Ansiklopedik Sözlük. İstanbul, 2005. s. 1117. Özhan Öztürk, lazların əcdadları olan Kolxidadan və Qafqazdan gətirilən qulların Yunan materikinə daşındığı liman şəhəri Trabzonun adının qədim yunan mətnlərində “qulların satıldığı düz platforma” (Aristo. Fr. 874) mənasını verən Trapez sözünün metaforik şəkildə işlədilməsi ilə bağlı ola biləcəyini iddia edərkənÖzhan Öztürk, Karadeniz Ansiklopedik Sözlük, 2005. s. 1117, şəhərin Bijışkyanın xatırlatdığı digər adı olan Ozinis-inBışıkyan. Pontus Traihi, Çivi Yayınları. 1998. s. 90 də laz dilində “Düzən” mənasını verdiyini qeyd etmişdirÖzhan Öztürk. Pontus: Antik Çağ'dan Günümüze Karadeniz'in Etnik ve Siyasi Tarihi Genesis Yayınları. Ankara, 2011 s.549.

Şəhər tarix boyu Osmanlıda mövcud olmuşdur: طربزون, Qədim Yunanca: Τραπεζοῦς, Latınca: Trapezus, Ermənicə: Տրապիզոնի, Genuya: Trabisonda, Pontik Yunanca: Ττεζ Trapezounta və Laz: T'rapuzani və ya T'amtraМарр Н. Я. Из поездки в Турецкий Лазистан (Впечатления и наблюдения) p. 611İrfan ALEKSİVA & İsmail Avcı BUCAKLİŞİ, SVACOXO - Laz Yer Adları Sözlüğü, Kolkhis Laz Kültür Derneği Yayınları, 2009 İstanbul, S.315 adlanır.

Tarixi Bölgədə müxtəlif dövrlərdə aparılan arxeoloji qazıntılar və səth skanları zamanı yonma daş dövrünə (Aşağı Paleolit ​​dövrünə) aid Aşel və Mustye tip (əl baltaları, kazıyıcılar, lopa alətlər), Orta Daş dövrünə (Mezolit) aid mağaralar və Xalkolitə aid yaşayış izləri aşkar edilmişdir. Het mənbələri Tunc dövründə Qara dəniz sahillərində donuz yetişdirən və çətənə becərən Kaskalar adlı döyüşçü xalqın olduğunu bildirir. Antik dövr Yevseviyə görə şəhərin yaranma tarixi eramızdan əvvəl 756-dır, lakin bu iddia Trabzonu İstanbuldan, Romadan, hətta ümumi rəyə görə Trabzonun və digər Şərqi Qara dəniz bölgəsinin müstəmləkəçiliyini həyata keçirən Sinopdan da köhnə bir şəhər edir. Əgər bu doğrudursa, Sinoplular eramızdan əvvəl 630-cu ildən sonra mövcud olan bir şəhəri yenidən müstəmləkə etmiş olmalıdır.

Anabasisdəki “Pontos Euxenios sahilindəki bu şəhər lazların əcdadları olan Kolxida torpağında Sinopun koloniyasıdır” ifadəsi sonralar Arrian və Peripl tərəfindən də təsdiqlənmişdirXenoph. Anab. IV. 8. 22; Arrian, Peripl. P. E. ss. 1, 3, 6; Scylax, s. 33; Öztürk, 2005. s. 1117.

Trabzon şəhərindən ilk dəfə eramızdan əvvəl 400-cü ildə şəhəri görən Afinalı Ksenofon bəhs etmişdir. Rumların mərkəzində və ətraf kəndlərdə indiki lazların (Tzanlar) əcdadları olan kolxların məskunlaşdığı Trabzon qədim dövrlərdə və sonralar Ermənistanda və Euphrates (Fərat) bölgəsində istehsal olunan ticarət mallarının Ziqana aşırımı ilə mübadilə edildiyi, xarici ölkələrə satıldığı bir ixrac limanı idi. Pont imperatoru Mitridat Roma İmperatorluğu ilə apardığı bir sıra müharibələri uduzduqdan sonra Anadolu torpaqları ilə yanaşı Trabzon da Roma hakimiyyətinə keçdi.

Roma ve Bizans Pompeylə mübarizədə Mitridata dəstək verməyən Trabzon, Roma dövründə azad şəhər statusu ilə mükafatlandırıldıPlinius. vi. 4; Öztürk. 2005. s. 1117. Şəhəri şəxsən ziyarət edən Arrian, Trabzonun Roma dövründə Cənubi Qara dənizin ən əhəmiyyətli liman şəhəri olduğunu bildirdi. Roma imperatoru Adrian dövründə bərpa edilən şəhər Trayan dövründə Pont Kapadokya vilayətinin paytaxtı oldu və şəhərdə yeni liman tikildiArrian, Peripl. P. E. s. 17; comp. Tac. Ann. xiii. 39, Hist. iii. 47; Pomp. Mela, i. 19; Öztürk. 2005. Karadeniz Ansiklopedisi Roma dönemi s. 1117. Qallien dövründə german tayfası olan qotlar tərəfindən talan edilmişZosimus i. 33 və I Yustinian dövründə yenidən təmir edilsə də, şəhər əvvəlki şöhrətinə qayıda bilməyib. 6-cı əsrdə Bizansın Sasanilərlə müharibələri və 7-ci əsrdə ərəb basqınları nəticəsində şəhər yenidən əhəmiyyət qazanmışdır. Daha sonra yeni qurulan Xaldiya bölgəsinin əsas şəhəri oldu. İstanbulun latınlar tərəfindən işğalı zamanı Komninlər sülaləsi tərəfindən 1204-cü ildə qurulan Trabzon imperiyasının paytaxtı olduChalcond. ix. s. 263.

Trabzon İmparatorluğu Komnenos sülaləsindən olan Aleksios latın işğalı səbəbiylə Trabzona gələrək bibisi gürcü kraliçası Tamarın dəstəyi ilə özünü Roma imperatoru elan etsə də, Qərb, xüsusilə Vatikan, Trabzon imperatorunu aşağılamış və onu “Laz hökmdarı” kimi qələmə vermişdi.

Trabzon imperatorları ilkin olaraq digər Bizans (Şərqi Roma) imperatorları kimi Latın işğalının sona çatması və Konstantinopolda qanuni hakimiyyətin bərpası ilə birlikdə ikibaşlı (aetos) fiqurundan simvol kimi istifadə etsələr də, onlar bu gün Traphigaato, Sophiagia sıralarında relyefinə rast gəlinən təkbaşlı qartal simvoluna üstünlük vermişlər.

Genuyalılarla venesiyalılar, monqollar və osmanlılar, hətta müxtəlif türkmənlər (Akqoyunlu tayfa federasiyasına mənsub) qəbilələri ilə balans siyasətini davam etdirərək varlığını qoruyub saxlaya bilən bu zəngin liman şəhəri 1461-ci ildə Fateh Sultan Mehmet tərəfindən, İstanbulun fəthindən səkkiz il sonra, dəniz və İtaliyanın müxtəlif koloniyaları ilə birlikdə ələ keçirildi. Krım, beləliklə İpək Yolunun strateji açarının Osmanlı hakimiyyəti altına girməsini təmin etdi.

Əhali Şəhərin əhalisinin sayı 807.903 nəfərdir. Bu gün Trabzon Qara dəniz regionunda Samsun şəhərindən sonra ikinci ən böyük şəhər hesab olunur.

Təhsil Osmanlı İmperiyasının hakimiyyəti dövründə təhsil ocağı kimi fəaliyyət göstərən səkkiz mədrəsə, təhsil müddəti dörd il olan beş məktəb, bir ədəd peşə məktəbi mövcud idi. Müasir dövrdə Trabzonda 815 orta məktəb, 86 kollec və 2 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrindən biri Qara dəniz Texniki Universitetidir. Bu universitet 2 dekabr 1963-cü ildən etibarən fəaliyyət göstərir. Digər ali təhsil müəssisəsi isə Özəl Avrasiya Universitetidir. Bu universitet isə 2011-ci ildə fəaliyyətə başlamışdır. Trabzon, Qara dəniz bölgəsində yeganə şəhərdir ki, ərazisində iki böyük ali təhsil müəssisəsi fəaliyyət göstərir.İçişleri Bakanlığı- İller İdaresi Genel Müdürlüğü

İqlim

Muzeylər Trabzon Muzeyi thumb|right|Ayasofya Muzeyi, Trabzon Trabzon Ayasofya Muzeyi Trabzon Atatürk Ev Muzeyi Ağcaabad Ortaməhəllə Evləri Muzeyi Şamil Əkinçi Muzeyi

Kütləvi informasiya vasitələri Qəzetlər Radio Tv kanalları Kuzey Ekspres TRT Trabzon Radyosu Trabzon TV Karadeniz Bayrak FM Karadeniz TV Karadeniz'de İlkhaber Taka FM Mavi Karadeniz TV Karadeniz'de Günebakış Kuzey FM Kanal Trabzon Taka Radyo KTU Zigana TV Türksesi Zigana Radyo Kanal Mavi Karadeniz'in Sesi Radyo Aktif Kuzey TV

Qardaş şəhərlər 20px Soçi, Rusiya (1993)Fallmerayer, Jakop Philipp (2011). Trabzon İmparatorluğunun Tarihi. Ankara: Türk Tarih Kurumu Yayınları. 20px Rizhao, Çin (1997) 20px Çikaqo, Amerika Birləşmiş Ştatları (1998) 20px Siqetvar, Macarıstan (1998) 20px Batumi, Gürcüstan (2000) 20px Rəşt, İran (2000) 20px Zəncan, İran (2001) 20px Travnik, Bosniya və Herseqovina (2005) 20px Qəhrəmanmaraş, Türkiyə (2006) 20px Dortmund, Almaniya (2013) 20px Şuşa, Azərbaycan (2026)

Həmçinin bax Trabzon Atatürk Köşkü Trabzonun mühasirəsi (1205-1206)

İstinadlar

Kateqoriya:Türkiyədəki qədim yunan arxeoloji abidələri Kateqoriya:Keçmiş paytaxtlar Kateqoriya:İpək yolundakı şəhərlər Kateqoriya:Türkiyənin sahilyanı yaşayış məntəqələri Kateqoriya:Qara dəniz limanları Kateqoriya:Asiyanın liman şəhərləri