Ukraynanın Finlandiya səfirliyi () — Ukraynanın Finlandiyanın Helsinki şəhərində yerləşən səfirliyi.

Vəzifələri Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.

Tarixi 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.

1992-ci il fevralın 26-da Ukrayna və Finlandiya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın Finlandiya səfirliyi yaradıldı.

Ukraynanın Finlandiyada olan fövqəldə və səlahiyyətli səfiri Olqa Dibrovadır. O, 2020-ci ildən bu vəzifədədir.

İstinadlar

Kateqoriya:Ukraynanın diplomatik nümayəndəlikləri