Yavaşca Şahin Paşa () — II Mehmedin hakimiyyəti zamanında xidmət etmiş olan Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.
Həyatı Əsli və doğum tarixi barədə məlumat yoxdur. Dərya bəylərindən olub, Konstantinopolun fəthi əsnasında Süleyman bəy və Həmzə bəy idarəsindəki donanmada iştirak etmişdir. Fəthin ardından vəfat etmiş olan Süleyman bəyin yerinə 1458-ci ildə kaptan-ı dərya təyin olunmuşdur. Bu vəzifədə ikən 1465-ci ilin sentyabrında vəfat etmişdir. Cənazəsi Uzunçarşı (Əminönü) məhəlləsində inşa etdirmiş olduğu məscidin həyətində dəfn edilmişdir.
Mənbə
Sicill-i Osmani V, səh. 189 Yavaşca Şahin Paşa məscidi Talha Uğurluel, Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü, İstanbul, Tahtakale’de Yavaşça Şahin Haziresi (marmara.edu.tr)