Dama Marqaret Natali (Meggi) Smit (, ) — britaniyalı aktrisa. Komediya və dram filmlərində öz xasiyyətli rolları ilə tanınır. O, 70 il ərzində səhnələrdə və ekranlarda çalışıb və Britaniyanın ən tanınan və məhsuldar aktrisalarından biri olub.

Yeddi dəfə "BAFTA" mükafatının, iki dəfə isə "Oskar" mükafatının (1970, 1979) qalibi. 4 dəfə "Emmi" mükafatını qazanıb (2003, 2011, 2012, 2016). Harri Potter filmlər seriyasında Minerva Makqonaqall və Daunton Abbatlığı teleserialında Vayolet Krouli rollarına görə dünyada daha çox tanınır. 27 sentyabr 2024-cü ildə vəfat edib.

Həyatı Marqaret Natali Smit 28 dekabr 1934-cü ildə Esseksin İlford şəhərində anadan olub.Romford ceased to be part of the County of Essex in 1965, when it was incorporated into the County of Greater LondonIlford was, prior to 1965, part of the County of Essex, but now is part of the County of Greater London Atası Nataniel Smit (1902-1991) Oksford Universitetinin professoru idi, anası Marqaret Hatton (1896-1977) Qlazqoda katibə işləyib. O, Oksfordda oxuyub, oradada ilk dəfə səhnədə çıxış edib. Onun ilk peşəkar teatr rolu 1952-ci ildə Vayola rolu olub.

Filmoqrafiya Furqondakı xanım (film, 2015)

İstinadlar

Xarici keçidlər

Maggie Smith at Emmys.com

Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:Britaniya televiziya aktrisaları Kateqoriya:XXI əsr İngiltərə aktrisaları Kateqoriya:Birləşmiş Krallıq teatr aktrisaları Kateqoriya:İngiltərə teatr aktrisaları Kateqoriya:XX əsr aktrisaları