Şahin Oruc oğlu Məmmədov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı , Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı (2014-2016, 2024–).

Hərbi xidməti Şahin Məmmədova 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

2024-cü ildən yenidən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 noyabr 2025-ci il tarixli sərəncamı ilə Şahin Məmmədova kontr-admiral ali hərbi rütbəsi verilib.

İstinadlar

Kateqoriya:Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanları Kateqoriya:Azərbaycanın hərbi dənizçiləri