Alessandro "Sandro" Matsola (; ) — italiyalı keçmiş futbolçu. Müxtəlif dövrlərdə hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. 1968 Avropa çempionu və 1970 milli komanda ilə vitse dünya çempionu. RAI-də idman şərhçisi işləyib.
Karyera Öz dövrunun məşhur futbolçusu Valentino Matsolanın oğlu, Ferrucco Matsolanın böyük qardaşı.
Karyerasında ancaq bir klubun, Milanın "İnter" klubunun heyətində çıxış edib. Karyerasında debüt oyunu 10 iyun 1961-ci il tarixində, komandasının "Yuventus" klubuna 1: 9 hesabı ilə məğlub olduğu oyunda olub.
Ümumilikdə "İnter"də 565 oyunda 160 qol vurub. "İnter"in heyətində A Seriyasında isə 418 oyun keçirib və 116 qol vurub.
İtaliya millisində 20 yşında debüt edib. Millidə 70 oyun keçirərək (1963–1974), 22 qol vurub. Ölümü Matsola uzun sürən xəstəlikdən sonra 19 sentyabr 2026-cı ildə 83 yaşında, 1970-ci illərdən bəri yaşadığı Vedano-al-Lambroda vəfat edib. Onun ölüm xəbərini ilk olaraq "İnter" klubu verib. Matsolanın dəfn mərasimi sentyabrın 21-də Milandakı Müqəddəs Amvrosiya bazilikasında keçirilib.
Uğurları İtaliya çempionu: 1962/63, 1964/65, 1965/66, 1970/71 Avropa Çempionlar kubokunun qalibi: 1963/64, 1964/65 Qitələrarası Kubokun qalibi: 1964, 1965 Avropa çempionu: 1968 İtaliya çempionatının bombardiri: 1964/65 Dünya çempionatının iştirakçısı: 1966, 1970, 1974
İstinadlar
Xarici keçidlər FC Inter arxivi ) İtaliya Futbol Federasiyasının saytında Sandro Mazzola )
Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalibləri Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:1966 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1970 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1974 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 1968 futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri