right|200px Ukraine NOW — Banda Agency tərəfindən yaradılmış və Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmiş Ukraynanın turistik brendi.

2018-ci ildə Ukraine NOW brendi Red Dot Design Award 2018 mükafatını qazanmışdır.

Təsvir Brendin loqotipində ölkənin adı, kommunikasiya mesajı səciyyəsi daşıyan NOW (ing. indi) yazısı və Ukraynanın yuxarı dərəcəli milli domeni olan UA piktoqramı yer almışdır. thumb|right|250px|Ermilov Bold şrifti

Loqotipin fərqli xüsusiyyətlərindən biri onun üzrəində dəyişikliklərin aparıla bilməsi imkanından ibarətdir. İstifadə zamanı məxsusi elementlər üzərində dəyişikliklərin aparılması mümkündür. Həmçinin, brend üçün çıxıntısız şrift kateqoriyasına aid edilən Ermilov Bold şrifti hazırlanmışdır. Şriftin adı avanqardçı rəssam Vasili Yermilovun adı ilə bağlıdır. Şriftin müəllifi rəssamın işlərindən ilhamlandığını bildirmişdir.

Brendin üslubuna sarı, göy, qara rənglərdən istifadə xasdır.

Tarixi Ölkə, region və şəhərlərin brendləşdirilməsinə 21-ci əsrdən etibarən başlanılmışdır. Məsələn, Sinqapur və Cənubi Koreya ölkələrinin yeni brendlərini 2007-ci ildə, Honkonq — 2000, 2004 və 2007-ci ildə. Həmçinin, öz brendlərini 2000-ci illərin əvvəllərində Britaniya və Şərqi Avropa ölkələri təqdim etmişdir. Ölkələrin brendlərinin təbliği üzrə proqramların dəyəri milyardlarla dollarla ölçülür. Əsas etibarilə brendlər xarici auditoriya üçün nəzərdə tutulur. Bunun səbəbi xarici turistlərin, tələbələrin, investorların cəlb edilməsidir.

Brend 2017-ci ildə Ukrayna İnformasiya Siyasəti Nazirliyinin Ukraynanın dünyada tanıdılması Konsepsiyasının hazırlanması inisiativi əsasında hazırlanmışdır. Burada Ukraynanın təbliği üçün vahid brendin hazırlanması nəzərdə tutulurdu. Bunun üçün tərkibi dövlət qulluqçuları, ictimai xadimlər və ekspertlərdən ibarət ekspert komissiyası təşkil edilmişdi . Konsepsiyanın hazırlanması və vahid brendin hazırlanması üzrə aparılan işlərin icrasında Ukrayna İnformasiya Siyasəti Nazirliyinin dövlət katibi Artem Bidenko iştirak etmişdir.

Komissiyanın iş prosesi müddətində və Britaniya hökümətinin dəstəyi vasitəsilə Ukraynaya qarşı xaricdə necə münasibət bəslənməsi ilə bağlı araşdırma aparılmışdır. Araşdırma özündə Böyük Britaniyanın, Almaniyanın və Polşanın 6 fokus-qruplarını birləşdirmişdir. Bu prosesə vaxtilə Böyük Britaniyanın GREAT adı ilə təbliğ edilməsi kampaniyasına başçılıq etmiş Konrad Berd də cəlb edilmişdir. Müəyyən edilmişdir ki, Ukrayna daha çox «korrupsiya», «çevriliş», «müharibə» ilə tanınır.

Nəticə olaraq Ukrayna İnformasiya Siyasəti Nazirliyi Ukraynanın yeni brendi üçün vaxtilə 2017 Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı Ukraynanın loqotipini hazırlamış Banda Agency şirkətinin konseptini qəbul etdi. Onun hazırlanmasına büdcədən vəsait xərclənməmişdir. Brend Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmişdir.

Reaksiya Loqotip sosial şəbəkələrdə geniş müzakirə olunmuşdur. Bəziləri onu həddindən artıq ifadəsiz və sadə adlandırmışdır. Çünki «Ukraine» sözünün əvəzinə başqa ölkənin adı əlavə edilə bilər və heç bir fərq hiss olunmaz. Digərləri isə loqotipin müasir tələblərə cavab verdiyini bildirmişdir. thumb|200 px|Presenter in the press-room with the logo in the background Bəzi mənbələrdə Ukraine NOW loqotipinin Pornhub pornosaytının loqotipi ilə oxşarlığı bildirilmişdir.

Ukraine NOW loqotipinin əsasında Vintage və Solar Digital veb-prodakşnları şəkil generatorları hazırlamışdırhttp://ukraine-now.solardigital.com.ua. Bu generator vasitəsilə fərqli sözlərdən ibarət oxşar loqotip hazırlamaq olar.

Məşhur rəssam Sergey Poyarkov Banda Agency şirkətinin işinə mənfi rəy bildirmişdir. Rusiyalı dizayner Artemi Lebedev isə loqotipin müasir tələblərə cavab verdiyini bildirmişdir.

Mükafatlar Ukraine NOW brendi bir neçə mükafata layiq görülmüşdür:

«Corporate Identity» kateqoriyası üzrə Red Dot Award 2018 mükafatı, Effie Awards Ukraine 2019 mükafatı üzrə aşağıdakı kateqoriyalara namizəd göstərilmişdir: Turizm və səyahət, əyləncə, mədəniyyət, idman və təhsil, Brend istifadəçilərinin cəmiyyətinin yaradılması, Rebrendinq, Siyasi və vətənpərvər kampaniyalar, dövlət orqanlarının və proqramlarının kampaniyaları; X-Ray Marketing Awards 2018 mükafatı üzrə «İlin rebrendinqi: Dəyiş və ya evə get!».

Həmçinin, loqotip Fast Company saytına görə ən yaxşı loqotip dizaynı nümunələri və dizayn trendləri siyahısına daxil edilmişdir.

İstifadəsi Brend həm onlayn, həm də offlayn istifadə üçün nəzərdə tutulmuşdur. Brend dövlət və bələdiyyə təsisatları, biznes məqsədilə, həmçinin, vətəndaşlar tərəfindən istifadə oluna bilər.

Brenddən çap materialları, sosial şəbəkələr, radio, televiziya, reklamlar, nəqliyyat, suvenirlərdə istifadə oluna bilər. Loqotip dövlət rəmzləri ilə birlikdə istifadə oluna bilər.

KLEI şirkəti Banda Agency ilə birlikdə Ukraine NOW yazılı stikerlər hazırlamışdır. Məqsəd hər kəsin loqotipdən istifadə edə bilməsi və brendi dünyaya təbliğ etməkdən ibarətdir.

Ukrayna və Avropa birliyi arasında vizasız rejimin tətbiqinin ildönümü səbəbilə Indium Lab studiyası artırılmış reallıq xüsusiyyətli mobil tətbiq hazırlamışdır. The Village Ukrayna və Ukrayna həqiqətləri qəzetinin saytlarında brendin başqa sahələrdə istifadəsi barədə məlumat verilmişdir.

Ukraine NOW brendindən Ukraine.ua saytında istifadə olunmuşdur. Brend XİN tərəfindən Ukraynanın xaricdə təbliği platforması kimi istifadə olunur.

İstinadlar

Xarici keçidlər Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin saytında brendin istifadə edilməsi üzrə materiallar

Kateqoriya:Ukrayna mədəniyyəti Kateqoriya:Ukraynanın milli simvolları Kateqoriya:Reklam sloqanları