thumb|right|Brodıda açıq havada keçirilən LvivMozArt festivalı LvivMozArt — Ukraynanın Lvov və Brodı şəhərlərində 2017-ci ildən ənənəvi olaraq hər il keçirilən beynəlxalq klassik musiqi festivalı. Festival Volfqanq Amadey Motsartın 1808-1838-ci illər aralığında Lvovda yaşamış oğlu Frants Ksaver Volfqanq Motsartın şərəfinə belə adlandırılmışdır.

Festivalın tarixçəsi LvivMozArt 2017 İlk festivalda Frants Ksaver Volfqanq Motsartın bəzi musiqi əsərləri israilli pianoçu Yara Tal tərəfindən ifa edilmişdir. Həmçinin, Anna və Laura Handler bacılarının dueti və digər iştirakçıların çıxışı olmuşdur.

LvivMozArt 2018 Festival zamanı ilk dəfə olaraq Lvov bəstəkarı Boqdan Seginin musiqiləri ifa edildi. Həmçinin, festivalın keçirildiyi yerlərdən biri olan Svirj qəsrində ukraynalı bəstəkar Dmitri Bortnyanskinin «Alkid» operasının ilk rejissor quruluşu təqdim edildi. Festivalın sonunda Ukraynada ilk dəfə Volfqanq Amadey Motsartın 1764-cü ildə hazırlanmış skripkası ilə konsert ifa edildi. Bu skripka Motsart ailəsinin dünyada ən böyük şəxsi əşyalarının kolleksiyasına malik olan Motsarteum fonduna aiddir.

İstinadlar

Xarici keçidlər Festivalın rəsmi veb-saytı

Kateqoriya:Klassik musiqi Kateqoriya:Musiqi festivalları Kateqoriya:2017-ci ildə yarananlar