Elxan Cəfər oğlu Şeyxov () — Azərbaycanın teatr aktyoru. Prezident mükafatçısı (2007), Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2008).

Həyatı 1951-ci il mart ayının 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 1974-cü ildən Naxçıvan teatrında aktyor kimi çalışan Elxan Şeyxov Sadi bəy ("Bayramın birinci günü", Nazim Hikmət), Məhəmməd xan ("Nadir şah", N. Nərimanov), Leonardo ("Sükut divarı", P. Messina), Miri bəy ("Dirilən adam", M. Cəlal), Möhnət ("Məhsəti", K. Ağayeva), Sərvər ("O olmasın, bu olsun", Ü. Hacıbəyov) və bu kimi 100-ə yaxın rollar oynamışdır.

Prezident mükafatçısı olmuşdur (2007) və 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti adına layıq görülmüşdür.

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri