Qoca Musa Paşa (ö. 22 yanvar 1647) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təlim-tərbiyəsi tamamlandıqdan sonra Sultan Muradın silahdarlığına gətirildi. Ardından 1630-cu ildə vəzir rütbəsiylə Misir bəylərbəyi olsa da, bir il sonra paytaxta çağırıldı və divan vəziri oldu. 1636-1637 və 1639-1644-cü illərdə Budin bəylərbəyi olaraq xidmət etdi. Ardından 1644-cü ilin martında Silistrə sancaqbəyi oldu. 1645-ci ildə kaptan-ı dərya olsa da, elə həmin il Əyriboz yaxınlığındakı dəniz döyüşündə şəhid düşdü. Cənazəsi Üsküdara gətirilərək dəfn edildi.

Mənbə

Sicill-i Osmani IV, səh. 96

Kateqoriya:Misir bəylərbəyləri Kateqoriya:Osmanlı paşaları