Qaraqaş Əli Paşa (ö. yanvar 1670) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Həyatı Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra baş çavuş olaraq xidmət etməyə başladı. Ardından 1667-ci ilin oktyabrında Rumeli bəylərbəyi payəsi (namizəd) alaraq Sivas sancaqbəyi, 1668-ci ilin noyabrında isə vəzir rütbəsilə Misir bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən 1670-ci ilin yanvarında Misirdə vəfat etdi.
Mənbə
Sicill-i Osmani I, səh. 303
Kateqoriya:Misir bəylərbəyləri