Sevinc Cəfərzadə (1 iyun 1994, Lənkaran, Azərbaycan) – azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının, həmçinin Türkiyə Super Liqasında çıxış edən "Yüksekova" klubunun yarımmüdafiəçisi. Milli komandanın kapitanı.
Həyatı və Karyerası 1 iyun 1994-cü ildə Azərbaycanın Lənkəran rayonunun Viravul kəndində fəhlə ailəsində anadan olub. Dörd uşaqlı ailənin üçüncü uşağıdır. Uşaqlıqda ailəsi, qohum uşaqlarla birgə futbol oynamağı sevirdi. Bir müddət sonra isə Bəxtiyar Mirsadıqovun uşaq komandasında futbolun sirrlərini öyrənməyə başladı. O dövlərdə Azərbaycan qadın futbolu hələ inkişaf etmədiyinə görə oğlanlarla birgə məşqlərə başladı. Görünməyən çətinliklər: Azərbaycan qadın futbolunda nə dəyişir? Jalə Əsədli 2007-2008-ci illərdə Bakıda qız klublarının olduğunu eşitdi və bu səbəblə Bakıya getdi, orda klub seçimlərində iştirak edərək, bir kluba keçid etdi. https://sportnews.az/futbol/sevinc-ceferzade-menim-yasadiqlarimi-yasamayiblar-ne-cekdiyimi-bilmirler-qadin-futbolunda-mubarize-itkiler-ve-ugurlar
Elə həmin dövrlərdən daha da seçilməyə başladı. 2011-ci ildə artıq liqada seçilməyə başlamışdı. Belə ki, U16 UNİCEF liqasında şərq regionunda 30 qolla bombardir olmuşdur. https://web.archive.org/web/20110813135547/http://affa.az/index.php?r=235&lang=az
2016-cı ildə artıq karyerasında yeni dönəmə başlamışdı. Belə ki, Sevinc "Fidan" klubuna keçdi.
Klub karyerası Azərbaycan futbolunun yetirməsidir. Karyerası ərzində "Zaqatala", "Fidan", "Boblingen", "Donçanka", "Kubanoçka", "Yenisey", "Krasnodar" klublarında çıxış edib.
2017-ci ilin yayında Rusiyanın "Donçanka" (Azov) klubuna keçmişdir. Rusiya ali divizionunda debüt oyununu 7 avqust 2017-ci il tarixində "Zvezda-2005" klubuna qarşı keçirmiş, 44-cü dəqiqədə Anna Kostinanı əvəz etmişdir. İlk qolunu 28 sentyabr 2017-ci il tarixində "Ryazan-VDV" klubunun qapısına vurmuşdur. Yarım mövsüm ərzində ali divizionda ümumilikdə 5 oyunda iştirak edərək bir qol vurmuş, komandası isə sonuncu yeri tutaraq birinci diviziona enmişdir.
2018-ci ilin əvvəlində Rusiyanın digər bir klubu olan "Kubanoçka"ya (Krasnodar) keçmiş, ilk mövsümündə 12 oyunda meydanda olub 2 qol vurmuşdur. 2019-cu ildə komandasının keçirdiyi 20 oyundan 18-də iştirak edərək Rusiya çempionatının bürünc mükafatçısı olmuşdur. 2020-ci ildə "Yenisey"in heyətində çıxış etmiş, 2021-ci ildə isə "Krasnodar"a keçmişdir.https://komanda.az/az%c9%99rbaycan-millisinin-hucumcusu-krasnodarda-r%c9%99smi/
2024-cü ilin birinci yarısında icarə hüquqları əsasında Səudiyyə Ərəbistanının "İstern Fleymz" klubunda çıxış etmişdir. 2025-ci ilin avqust ayında "Krasnodar" klubunu tərk etmişdir.
24 avqust 2025-ci ildə "Yüksekova"ya keçib. 16 avqust 2026-cı ildə müqaviləsini yeniləyib.
Milli komandada 2008-ci ildən etibarən artıq milli yığmada çıxışlara başlamışdı. https://komanda.az/az%c9%99rbaycan-millisinin-hucumcusu-krasnodarda-r%c9%99smi/
Azərbaycanın U-16 milli komandası ilə debüt oyunu Uelsə olan qarşı oyun olub. daha sonra Azərbaycanın 17, 19 və 21 yaşadəkСборная Азербайджана U-21 обыграла ОАЭ gənclərdən ibarət milli komandalarında çıxış etmişdir. Gənclər yığmasının kapitanı olmuşdur.
Azərbaycanın əsas milli komandasında 2010-cu ildən, hələ 16 yaşında olarkən çıxış etməyə başlamışdır. Avropa və dünya çempionatlarının seçmə turnirlərində azı 10 oyunda iştirak etmişdir.
Beynəlxalq qollar № Tarix Yer Rəqib Hesab Nəticə Müsabiqə 1. 23 fevral 2022 Dalğa Arena, Bakı, Azərbaycan BƏƏ 1–0 2–0 yoldaşlıq 2. 22 iyun 2022 TFF Riva Təsisi, İstanbul, Türkiyə Türkiyə 1–1 2–2 yoldaşlıq 3. 17 iyul 2023 LNK Sporta Parks, Riqa, Latviya Latviya 1–0 1–1 yoldaşlıq 4. 22 sentyabr 2023 Dalğa Arena, Bakı, Azərbaycan Kipr 1–0 1–1 2023–24 UEFA Qadınlar Millətlər Liqası 5. 5 aprel 2024 Sent Qellert Forum, Seqed, Macarıstan Macarıstan 1–1 1–1 UEFA Qadınlar Avro 2025 təsnifat
İstinadlar
Xarici keçidlər Профиль на сайте AFFA Профиль на сайте ЖФЛ Профиль на сайте ЖФК «Краснодар»
Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Qadın futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları