Toğay Teymur xan () — Boruciginlərdən olan elxan olmağa iddiaçı (1338–1353).

Həyatı Toğay Teymur xan Mamay Kavun oğlu Hülaku xanın soyundan deyil, Çingiz xanın qardaşı Cuçi Qazarın nəslindəndir. Babası Çete tayfasının rəisi Baba Kavun idi.Jackson, Peter. The Cambridge History of Iran, Volume Six: The Timurid and Safavid Periods. Cambridge University Press, 1968. ISBN 0-521-20094-6

Hakimiyyət uğrunda mübarizəsi Əbu Səid Bahadur xanın ölümündən sonra Xorasan hakimi Şeyx Əli Quşçu onun elxanlığa namizəd kimi qəbul etdi. Digər əyanların da dəstəyi ilə Toğay Teymur Şərqi İranda hakimiyyətə başladı və öz adına pul kəsdirdi. 1337-ci ildə qərbə yürüş edərkən Tacəddin Həsən noyon tərəfindən məğlub edilmişdi. Həmin il Toğay Teymurun dəstəkçilərindən Arqun şah Şeyx Əlini və Tacəddin Həsən noyonun valisi Məhəmməd Mulayı öldürdü, Toğay Teymura dəstəyini bildirdi.

1338-ci ildə Həsən noyon Toğay Teymurdan kömək istədi. 1339-cu ildə Çobanilərə qarşı hücuma keçən Toğay Teymur xan Cəlairilər tərəfindən xan kimi tanındı. Bu hal 1344-cü ilədək belə davam etdi. Bundan əlavə 1337-ci ildə başlamış olan Sərbədarlar üsyanı böyüyürdü. Nəhayət 1353-cü ildə Toğay Temür Sərbədarların başçısı Yəhya Qəravi tərəfindən öldürüldü. Ölümündən sonra yerinə Loğman xan keçsə də, əsas güc Əmir Vəlidə idi.

Ailəsi Oğulları Loğman xan Pirək padşah

Həmçinin bax Elxani hökmdarlarının siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Öldürülmüş hökmdarlar Kateqoriya:Hərbi liderlər Kateqoriya:Börçiginlər Kateqoriya:İran tarixi