Massimo Donati (; 26 mart 1981, Cedellano, Udine, Friuli Venezia Giulia) — İtaliyalı keçmiş futbolçu, hal-hazırda məşqçi işləyir. Mövqeyi Yarımmüdafiəçi olub. O hal hazırda, İtaliya D seriyasında "Leqnaqo Salus" klubunun baş məşqçisidir.

Karyera Massimo "Atalanta" klubunun yetirməsidir. 3 il Berqamo klubunda oynadıqdan sonra gənc yarımmüdafiəçi 15 milyon avroya "Milan"a transfer edilir. O zaman Donati İtaliyanın ən perspektivli gənc futbolçularından biri sayılırdı.

Massimo 2001-ci ildə "Milan"a qatılır. Futbolçu Milan klubundakı ilk mövsumundə yaxşı təsir bağışlamır. Gənc Massimonun ehtiyat oyunçular skamyasında oturub oyun praktikasından əziyyət çəkməməsi üçün Milan rəhbərliyi futbolçunu icarəyə göndərməyə qərar verir.

Donatinin "icarə gəzintiləri" serətli tempdə baş verir və futbolçu 3 ildə "Parma", "Torino", "Sampdoriya" və "Messina" kimi 4 fərqli klubda oynayır. Ancaq heç birində uğurlu olmur və 2006-cı ildə Donati doğma klubu "Atalanta"ya qayıdır.

2007-ci ildə Şotlandiyanın ən güclü klublarından biri olan "Seltik", 3,5 milyon funt sterlinqə Donatini satın alır. Əvvəlcə Massimo keltlərin əsas oyunçularından birinə çevrilir, lakin sonradan əsas heyətdəki yerini tədricən itirməyə başlayır və tezliklə İtaliyaya qayıtmaq istədiyini bildirir.

2009-cu ildə Donati "Bari"yə keçir. 2009/10 mövsümündə Donati 32 oyun keçirdir, 1 qol vurur və 3 məhsuldar ötürmə verir.

19 yanvar 2012-ci ildə oyunçu "Palermo" klubu ilə 30 iyun 2014-cü il tarixinədək müqavilə imzalayır.

Futbolçu daha sonra "Hellas Verona" klubuna keçirhttps://web.archive.org/web/20130818222718/http://www.hellasverona.it/scheda.php?id=291.

Titullar Şotlandiya çempionu 2007/08

İstinadlar

Xarici keçidlər

Donati Donati Donati Donati Donati Donati Donati Donati Donati Donati Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:Messina FK futbolçuları Kateqoriya:Parma FK oyunçuları Kateqoriya:Bari FK futbolçuları Kateqoriya:Ellas Verona FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Şotlandiya Premyer Liqası futbolçuları Kateqoriya:Şotlandiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:İtaliya B Seriyası məşqçiləri Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:İtaliya B Seriyası məşqçiləri Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri