Tofiq Şahmur oğlu Cahangirov () — kardioloq, tibb elmləri doktoru, professor, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri (2017-2019), Azərbaycan Kardiologiya jurnalının redaktoru, C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Arterial Hipertenziya" şöbəsinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri Professor Tofiq Cahangirov 30 Noyabr 2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Həyatı Tofiq Cahangirov 10 dekabr 1963–cu ildə ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1981-ci ildə Saatlı rayon Səməd Vurğun adına 1 saylı orta məktəbi bitirmiş və həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1987-ci ildə həmin institutun müalicə-profilaktika fakültəsini bitirmişdir.
Fəaliyyəti Elmi fəaliyyəti
1993-cü ildə Rusiya Fedarasiyası A.L Myasnikov adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi olmuşdur. 2006-cı ildə Rusiya Federasiyası Moskva Dövlət Tibbi-Stomatoloji Universitetində doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru olmuşdur. 1994-1997-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun klinikasının baş həkimi olmuşdur. 1997-ci ildən 2019-ci ilə kimi Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun «Ürək Çatışmazlığı» şöbəsində böyük elmi işçi, 2019-cu ildən hal-hazıra kimi «Arterial Hipertenziya» şöbəsinin rəhbəri, 2011-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının professorudur.
Konfranslarda iştirakı
2018-2019-cu illərdə keçirilən ölkə daxili konfranslar ( Bakı, Naxçıvan, Gəncə, Sabirabad, Cəlilabad və s…) Azərbaycan Kardiologiya Cəmiyyətinin 10 illik Yubileyi Bakı Konqres Mərkəzində Keçirilən Azərbaycan Kardiologiya Cəmiyyətinin VII, VIII Beynəlxalq Konqresləri Türk Kardioloji Dərnəyi (konqreslərində çıxışlar, iclaslarda sədrlik) Rusiya Kardiologiya Cəmiyyəti Avropa Ürək Çatışmazlığı Assosiasiyası (birgə ortaq sessiyalar-çıxışlar, iclasa sədrlik) İtaliya Kardiologiya Federasiyası ilə birgə ortaq toplantı (çıxışlar, iclasa sədrlik)
Üzvü olduğu təşkilatlar Rusiyanın «Ürək çatışmazlığı üzrə Mütəxəssislər Cəmiyyəti»nin Rusiyanın «Ultrasəs diaqnostikası üzrə Mütəxəssislər Assosiasiyası»nın «Avropa Ürək Çatışmazlığı Cəmiyyəti»nin «Avropa Kardiologiya Cəmiyyəti»nin həqiqi üzvü Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, “Ürək Çatışmazlığı” işçi qrupunun rəhbəri 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü. 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayında İdarə Heyətinin üzvü seçilmişdir.
Elmi işləri
Kardiologiya sahəsində 100 elmi iş, eyni zamanda monoqrafiyalar, tədris vəsaiti, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur. 3 monoqrafiyanın, 1 klinik protokolun və 1 dərsliyin müəllifidir.
Mükafatları
2019-cu ildə Avropa Kardiologiya Cəmiyyəti nəzdində Avropa Ürək Çatışmazlığı Assosiasiyası ( Heart Failure Association of the ESC) tərəfindən qızıl medalla təltif olunmuşdur.
— 30 Noyabr 2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
— "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2 fevral 2024)
İstinadlar
Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri