Qəzni vilayəti (; ) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri, inzibati mərkəzi Qəzni şəhəridir.

Vilayətin ərazisi 22.915 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1111.3 min nəfərdir. Əhalisinin 49%-ni puştunlar, 45%-ni həzaralar (milliyyətindən asılı olmayaraq birinci dil kimi dari dilini istifadə edənlər: bura Azərbaycan əsilli türklər olan qızılbaşlar da daxildir), 4%-ni taciklər və 1%-ə yaxınını hindlilər/siqhlər və başqa azlıqlar təşkil edir.

Qəznə İslamlaşmadan əvvəl mühüm Buddist mərkəzlərindən biri idi. Burada eramızın III əsrindən etibarən dini tikililər mövcuddur. Ərazidə 1960-cı illərin sonunda aparılan arxeoloji qazıntılar zamanı böyük bir Budda heykəli aşkar edilmişdir. 2001-ci ildə şəhəri nəzarətə götürən Taliban onu bütpərəstliyin əlaməti hesab edərək heykəli dağıtmışdır.

Vulusvaliləri Rəşidan (2002-ci ildə əhalisi 29 min nəfər): 96%-i puştunlar, 4%-i həzaralar. Zanaxan (2002-ci ildə əhalisi 12 230 nəfər): 100% puştunlar. Navur (2002-ci ildə əhalisi 91 778 nəfər): 100% həzaralar. Qarabağ (2002-ci ildə əhalisi 218 min nəfər): 55%-i puştunlar, 45%-i həzaralar. Nava (2002-ci ildə əhalisi 29 054 nəfər): 100% puştunlar. Moqur (2002-ci ildə əhalisi 70.9 min nəfər): 99%-i puştunlar, 1%-i həzaralar və taciklər. Malistan (2002-ci ildə əhalisi 100 min nəfər): 100% həzaralar. Xvaca Omari (2002-ci ildə əhalisi 12 305 nəfər): 45%-i həzaralar, 35%-i taciklər, 20%-i puştunlar. Andar (2002-ci ildə əhalisi 99 700 nəfər): təxminən 100% puştunlar. Əcristan (2002-ci ildə əhalisi 62 028 nəfər): 97%-i puştunlar, 3%-i həzaralar.org.af/afg/dist_profiles/unhcr_district_profiles/centra/ghazni/ajristan.pdf Giro (2002-ci ildə əhalisi 42 485 nəfər): təxminən 100% puştunlar.

İstinadlar

Həmçinin bax Encyclopædia Iranica :QARABAGH Encyclopædia Iranica :ḠAZNĪ

Kateqoriya:Əfqanıstan vilayətləri Kateqoriya:Qəzni vilayəti