Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar (1742–1778), Gəncə xanı (1760–1778)

Həyatı Məhəmmədhəsən ağa Şahverdi xan oğlu 1742-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Saray təhsil-tərbiyəsi görmüşdü. Atası vəfat edəndən sonra xanlığa yiyələndi. О, bir dövlət xadimi kimi böyük bacarıq nümayiş etdirərək, Gəncə xanlığının müstəqilliyini möhkəmləndirir, onun çiçəklənməsinə səbəb oldu.

Məhəmmədhəsən xan Gəncəni Gürcüstan asılılığından azad etdi. 1778-ci ildə Məhəmmədhəsən xanı qardaşı Məhəmməd xan devirib yerinə keçdi.

Ailəsi Məhəmmədhəsən xanın Əli ağa adlı oğlu vardı.

Mənbə

Kateqoriya:1742-ci ildə doğulanlar Kateqoriya:1778-ci ildə vəfat edənlər Kateqoriya:Gəncə xanları Kateqoriya:Gəncə xanlığı Kateqoriya:Gəncədə doğulanlar