Milli Dalğa — ATV və Azad Azərbaycan radiosu tərəfindən 2012-ci ildə təsis olunan və "Azad Azərbaycan" radiosu tərəfindən təqdim edilən musiqi mükafatı.

Haqqında Mükafat mütəmadi olaraq, hər il musiqi sahəsindəki sənətçilərin nailiyyətlərini dəyərləndirmək üçün təqdim edilir. Mükafatı ilk olaraq, 2012-ci ildə Röya Ayxanın "Gizli Sevgi" mahnısı qazanmışdır. Daha sonra mükafatı 2013-cü ildə Zülfiyyə Xanbabayeva və Miri Yusifin "İki Doğma İnsan (Dostum)" mahnısı, 2014-cü ildə Namiq Qaraçuxurlu və "Natiq" ritm qrupunun birlikdə təqdim etdikləri "Vətən" mahnısı, 2015-ci ildə Brilliant Dadaşova nın öz bəstəsi olan "Bu dünya belədir" mahnısı qazanmışdır. Mükafat adətən Azərbaycan sənətçilərinə verilir. Amma 2016-cı ildə türkiyəli müğənni və bəstəkar Ayla Çəliyin "Bağdad" mahnısı bu mükafatı qazanmışdır. Mükafat 2017 və 2018-ci illərdə Bakıda hər il ənənəvi olaraq, keçirilən "Soyuq əllər — isti ürəklər" yarmarkasında təqdim olunmuşdur. 2017-ci ildə mükafatı Aygün Kazımovanın "S.U.S", 2018-ci ildə Eyyub Yaqubovun "Əzizim" mahnısı qazanmışdır. 2019-cu ildə mükafatı Eurovision 2008 mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samir Cavadzadənin "Sev məni" mahnısı qazanmışdır. 2020-ci ildə mükafatı bəstəkar Faiq Sücəddinovun "Qarabağ bizimdir" kompozisiyası qazanmışdır. İkinci Qarabağ müharibəsi zamanı Xudayar Yusifzadənin döyüş bölgəsində "Vətən yaxşıdır" mahnısını ifa etməsi və müharibə zamanı şəhidlik zirvəsinə ucalmasına ithafən 2020-ci ildə "Milli Dalğa"nın xüsusi nominasiyası "Vətən səsi" mükafatı şəhidin ailə üzvlərinə təqdim edilmişdir.

Mükafatı qazananlar Tarix Qalib Sənətçi Qalib Layihə İstinadlar2012RöyaGizli Sevgi2013Zülfiyyə Xanbabayeva və Miri YusifDostum (İki Doğma İnsan)2014Namiq Qaraçuxurlu və "Natiq" ritm qrupuVətən2015Brilliant DadaşovaBu dünya belədir"106.3 FM" 4-cü "Milli Dalğa" mükafatını təqdim etdi — FOTOLAR2016Ayla ÇəlikBağdat2017Aygün KazımovaS.U.S.2018Eyyub YaqubovƏzizim2019Samir CavadzadəSev məni2020Faiq SücəddinovQarabağ bizimdir"Milli Dalğa"nın xüsusi nominasiyası şəhid Xudayar Yusifzadəyə təqdim olundu — FOTO2021Faiq AğayevAman2022Röya, Nicat RəhimovDəli kimi2023Tünzalə AğayevaÖldür

Xüsusi nominasiya Tarix Qalib Sənətçi Qalib Layihə İstinadlar2020Xudayar YusifzadəVətən yaxşıdır

İstinadlar

Xarici keçidlər Kateqoriya:Musiqi mükafatları Kateqoriya:Milli Dalğa mükafatı