thumb|220px|Ravenna, İtaliyadakı Sant'Apollinare in Classe Bazilikasının mozaikayla bəzədilmiş yarım günbəzinin içəridən görünüşü

Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir.'Masonry and Stone Cutting', Carpentry and Building Vol. XI, No. 4 (April 1889), p. 75 Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.Illustrated Dictionary of Historic Architecture, ed. Cyril M. Harris (New York: Dover Publications, 1983), p. 485The Grove Encyclopedia of Medieval Art and Architecture, Volume 2, ed. Colum Hourihane (New York: Oxford University Press, 2012). p. 303

Tarixi

Onun erkən istifadə formalarından biri Roma kult təsvirlərini örtmək üçün olmuşdur. Onlar Qədim Roma və ənənəvi kilsə memarlığında rast gəlinən bir xüsusiyyətdir. Yarım günbəz Bizans memarlığında və erkən xristian memarlığında mövcud olmuşdur. İslam memarlığında isə məscidlərdə və eyvanlarda önə çıxır. Bəzi məscidlərdə isə şüşə mozaika ilə bəzədilmiş yarım günbəzlər mövcuddur.Sheila D. Campbell, The Mosaics of Anemurium (Toronto: Pontifical Institute of Mediaeval Studies, 1998), p. 37 VI əsrin ikinci yarısında Osmanlı memarlığında günbəzlərlə bərabər yarım günbəzlərdən istifadə edilməyə başlanmışdır.Andrew C. Hess, The Forgotten Frontier: A History of Sixteenth-Century Ibero-African Frontier (Chicago: University of Chicago Press, 2010), p. 203 Yarım günbəzlər Roma hamamlarında, saraylarda və böyük tikililərdə geniş yayılmışdı.Francis Bond, Gothic Architecture in England: An Analysis of the Origin & Development of English church Architecture from the Norman Conquest to the Dissolution of the Monasteries (London: B.T. Batsford; New York: Scribner's, 1906), p. 283 Britaniyada erkən orta əsrlər zamanı apsis tikilən zaman onun üstünü yarım günbəzlə örtürdülər. XI əsrin Normandiyasında hər bir kilsənin hər bir apsisinin üstündə bir yarım günbəz var idi. Kilsələrin şərq ucu kvadrat formasında tikilməyə başlandıqdan sonra isə, yarım günbəzlər istifadədən çıxmışdır.

İstinadlar

Ədəbiyyat siyahısı Hachlili, Rachel. Ancient Jewish art and archaeology in the diaspora. (Handbook of Oriental Studies. Section 1: The Near and Middle East.) Leiden: Brill, 1998 (, Google Books) Kim, Tae Won; John H. Christy & Jae C. Choe: "Semidome building as sexual signaling in the fiddler crab Uca lactea (Brachyura: Ocypodidae)", in Journal of Crustacean Biology, Vol. 24:4 (2004), pp. 673-679 (abstract) David Talbot Rice, Byzantine Art, 3rd edn 1968, Penguin Books Ltd Vadnal, Jane: Glossary of Medieval Art and Architecture (University of Pittsburgh)

Kateqoriya:Memarlıq Kateqoriya:Qübbələr Kateqoriya:Qədim Roma memarlığı Kateqoriya:Bizans memarlığı Kateqoriya:İslam memarlığı Kateqoriya:Xristian memarlığı Kateqoriya:İslam memarlığı elementləri Kateqoriya:Tağ və qübbələr