Raqif Abbasov (tam adı: Abbasov Raqif Arif oğlu) — Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi (2021).

Həyatı Abbasov Raqif Arif oğlu 22 noyabr 1976-cı ildə Cəlilabad rayonu, Göytəpə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhəri 151 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Texniki Universiteti 1993–1997-ci illərdə (mühəndis) əyani, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 1999–2003-cü illərdə (Bədən Tərbiyəsi və İdman) qiyabi, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası 2005–2007 (Dövlət və Bələdiyyə) müdavim əyani, Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti 2000–2002-ci illərdə (nəqliyyatın istismarı) magistr əyani bitirmişdir. Türk, Rus, İngilis dillərini bilir. Ehiyatda olan zabitdir.

Ailəsi Ailədir, üç övladı var.

Fəaliyyəti Əmək fəaliyyəti 1997–1998-ci illərdə Azərbaycan Ticarət Səhmdar Cəmiyyəti aparıcı məsləhətçi işləyib. 1999–2001 Gənclər və İdman Nazirliyi baş məsləhətçi işləmişdir. 2002–2005 Gənclər və İdman Nazirliyi sektor müdiri, 2005–2007 Gənclər və İdman Nazirliyi Mətbuat katibi-şöbə müdiri işləyib. 2007-ci ildən hal hazırkı vaxtadək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışır. Dövlət Qulluğunun kiçik müşaviridir. 30-dan artıq dövlətdə keçirilən gənclər və idman beynəlxalq tədbirlərində iştirak edib.

Üzvü olduğu təşkilatlar Milli Olimpiya Komitəsinin üzvü Azərbaycan Cüdo Federasiyasının icrayə komitəsinin üzvü, 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən I Avropa Oyunları və 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi, Oyunlarının Təşkilat Komitələri və İşçi Qruplarında üzv. Pekin 2008 Yay Olimpiya Oyunları və London 2012 Yay Olimpiya Oyunları Azərbaycan nümayəndə heyətinin üzvü olub. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü

Əsərləri Akademik kitab "10 il öncə başlanan yol" kitabının redaksiya heyətinin üzvü

Təltif və mükafatları "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı-2015, "Tərəqqi medalı"-2019,Gənclərlə iş və idman sahəsində çalışan şəxslər təltif edilib — SİYAHI 6 Həzi Aslanov xatirə medalı, Dövlət Gömrük Komitəsinin Yubiley medalı, Dövlət Təhlükəsizliyi Xidmətinin Yubiley medalı, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi – 2021 , Sərbəst güləş üzrə İdman Ustalığına Namizəd.

İstinadlar

Kateqoriya:"General Həzi Aslanov" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçiləri