Yan Klennet Qlenn Eliasson (; ) — İsveç sosial-demokrat siyasətçisi, diplomat, BMT Baş Məclisinin Prezidenti (2005-2006), İsveç Xarici İşlər Naziri (2006). Hal-hazırda BMT Baş Katibinin Sudanın Darfurdakı xüsusi elçisidir.
Təhsili 1957-1958-ci illərdə tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-nin İndiana şəhərində təhsil almış, sonra 1962-ci ildə İsveç Dəniz Akademiyasını bitirmişdir. 1965-ci ildə Göteborq Universitetinin Biznes, İqtisadiyyat və Hüquq Məktəbində iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır. Amerika Universitetinin (1994), Göteborq Universitetinin (2001) və Uppsala Universitetinin (2005) fəxri dərəcələrinə sahibdir.
Fəaliyyəti Eliasson diplomatik karyerasına 1965-ci ildə İsveç Xarici İşlər Nazirliyində staj ilə başladı. 1982-1983-cü illərdə İsveç Baş naziri Olof Palmenin diplomatik müşaviri və 1983-1987-ci illərdə Xarici İşlər Nazirliyində Siyasi Məsələlər üzrə Baş Direktor vəzifələrində çalışıb.
1980-1986-cı illərdə Eliasson BMT-nin İran-İraq müharibəsindəki vasitəçilik missiyasında iştirak etdi. 1988-1992-ci illərdə İsveçin BMT-dəki Daimi Nümayəndəsi vəzifəsini icra etdi və eyni zamanda BMT Baş Katibinin İran və İraq üzrə Şəxsi Nümayəndəsi oldu. 1991-ci ildə BMT Baş Məclisinin Fövqəladə Hallar üzrə İşçi Qrupunun sədri və 1991-1992-ci illərdə BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) sədr müavini olmuşdur. 1992-ci ildə Eliasson Birləşmiş Millətlər Təşkilatının İnsani Məsələlər üzrə Baş katibinin birinci müavini təyin edildi. Somali, Sudan, Mozambik və Balkanlarda əməliyyatlara qatıldı.
24 aprel - 6 oktyabr 2006-cı il tarixlərində Yoran Persson Sosial Demokrat kabinetində İsveç Xarici İşlər Naziri vəzifəsində çalışmışdır. 2006-cı ilin sentyabr ayında keçirilmiş parlament seçkilərindən sonra partiyası seçkilərdə məğlub olduqda, Uppsala Universitetində dərs verəcəyini bildirdi.
2006-cı ilin dekabrında BMT Baş Katibi Kofi AnnanEliassonu Sudanın Darfur şəhərinə Xüsusi Elçi təyin etdi. 2 mart 2012-ci ildə Baş Katib Pan Gi Mun, Ian Eliasson'u Birləşmiş Millətlər Təşkilatı Baş katibinin birinci müavini təyin etdi. Baş Katibin birinci müavini vəzifəsinə 1 iyul 2012-ci ildə başladı.
İstinadlar
Xarici keçidlər BMT saytında bioqrafiyası Biography at the Embassy of Sweden President of the sixtieth session of the United Nations General Assembly WaterAid in Sweden Lecture transcript and video of Mr. Eliasson's speech at the Joan B. Kroc Institute for Peace & Justice at the University of San Diego, March 2009
Kateqoriya:BMT rəsmiləri