Mahir Əliyev (; ) — Tibb üzrə elmlər doktoru (2011), Professor (2018).

Həyatı 30 noyabr 1956-cı ildə Goranboy rayonunda anadan olmuşdur. 1963–1973-cü illərdə Bakıdakı 36 saylı orta məktəbdə oxumuşdur. 1973–1978-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1986–1991-ci illərdə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, 1991–2017-ci illərdə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru olmuşdur.

Ölümü 10 aprel 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Fəaliyyəti

Əmək fəaliyyəti 1978–1982-ci illərdə Baki şəhəri, 5 saylı stomatoloji poliklinikasında və Respublika Stomatoloji Mərkəzində — həkim-stomatoloq işləmişdir. 1982–1986-cı illərdə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatologiya İnstitutunda məqsədli aspirantura təhsilini almışdır.

Elmi fəaliyyəti 1986-cı ildə tibb elmləri namizədi, 1991-ci ildə dosent (AAK), 2011-ci ildə Tibb üzrə elmlər doktoru, 2018-ci ildə professor adını almışdır.

Nəşrləri Terapevtik Stomatologiya sahəsində 170-dən çox elmi nəşr (o cümlədən, 3 dərslik, 10-dan çox dərs vəsaiti, 2 patent, 4 səmərələşdirici təklif) olunmuşdur.

İstinadlar

Xarici keçidlər Azərbaycanın tanınmış cərrahı vəfat edib Azərbaycanın stomatologiya və üz-çənə cərrahı vəfat edib

Kateqoriya:Azərbaycan stomatoloqları Kateqoriya:Azərbaycan professorları