Cəlil Məmmədquluzadənin ev-muzeyi — 1997-ci il oktyabr ayının 11-də Tbilisidə açılmış muzey.

Tarixi Bu binada 1897–1918-ci illərdə Cəlil Məmmədquluzadə yaşayıb-yaratmış, 1906–1911-ci illərdə isə "Molla Nəsrəddin" jurnalını burada nəşr etdirmişdir. Burada ədibin Tiflisdəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlər, "Molla Nəsrəddin" jurnalının nüsxələri saxlanılır. Jurnalın çap edildiyi "Qeyrət" mətbəəsi də bu evin zirzəmisində yerləşib. Muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Vaxtilə binanın hər iki mərtəbəsi Cəlil Məmmədquluzadəyə məxsus olub. Sovet işğalından sonra binada ailələr məskunlaşıb, yalnız birinci mərtəbədəki 2 otaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. Hazırda muzey qəzalı vəziyyətdədir.

İstinadlar

Kateqoriya:Cəlil Məmmədquluzadə Kateqoriya:Tbilisi muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:1997-ci ildə yaradılmış muzeylər