Kazım Yaqub oğlu Məmmədov () — Azərbaycan vokalçı-aktyoru (lirik-dramatik tenor), Azərbaycan SSR əməkdar artisti (1958).

Həyatı Kazım Məmmədov 1926-cı ildə Gədəbəydə anadan olub. Böyük Vətən müharibəsində döyüşdə yaralanaraq keçirdiyi psixoloji sarsıntıdan səsini itirib. Ordudan tərxis edilərək az müddət müxtəlif işlərdə çalışıb. 1945-ci ildə təsadüfən səsi açılan Kazım Məmmədov Üzeyir Hacıbəyovun köməkliyi ilə 1947–1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Konservatoriyanı bitirdikdən sonra vokalçı kimi teatrın solist ştatında qalıb.

Kazım Məmmədov 1988-ci ildə Bakıda vəfat edib.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 26 aprel 1958

İfa etdiyi əsas rollar

Ehsan paşa, Leylinin atası, Şah, Vəli ("Koroğlu", "Leyli və Məcnun", "Əsli və Kərəm" və "Arşın mal alan", Üzeyir Hacıbəyov) Əbu Həmzə və Ərəb, Əlyar ("Şah İsmayıl" və "Nərgiz", Müslüm Maqomayev) Balaş ("Sevil", Fikrət Əmirov) İsgəndər ("Ölülər", Vasif Adıgözəlov) Ayaz, Qasım ("Azad" və "Xanəndənin taleyi", Cahangir Cahangirov) Haqverdi bəy ("Bahadır və Sona", Süleyman Ələsgərov) Əli bəy ("Vaqif", Ramiz Mustafayev) Kapitan Axundov ("Alay oğlu", Boris Zeydman) Knyaz Sinodal ("Demon", Anton Rubinşteyn) Vaşek ("Satılmış gəlin", Bedrjix Smetana) Mario Kavaradossi ("Toska", Cakomo Puççini) Xoze və Romendado ("Karmen", Jorj Bize) Monriko, Markiz de Obini, Kassio, Arriqo ("Trubadur", "Traviata", "Otello", və "Siciliya axşamları", Cüzeppe Verdi) Gənc Faust ("Faust", Şarl Quno) Mixail ("Boris Qodunov", Modest Musorqski) Gənc qaraçı ("Aleko", Sergey Raxmaninov) Sobinin ("İvan Susanin", Mixail Qlinka) Çekilinski, Sərxoş kazak, Qraf Vodemon, Müəllim ("Qaratoxmaq qadın", "Mazepa", "İolanta" və "Çereviçki", Pyotr Çaykovski) Lıkov ("Çar gəlini", Nikolay Rimski-Korsakov) Knyaz ("Su pərisi", Aleksandr Darqomıjski) Yeroşka ("Knyaz İqor", Aleksandr Borodin) Malxaz ("Daisi", Zaxari Paliaşvili)

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakı Musiqi Akademiyasının məzunları