Vasvi Abduraimov ((, ; ) — Ukraynalı və rusiyalı siyasətçi, Krımtatarlarının milli hərəkatının tanınmış fəalı, "Milli Firka" Məclisin (Şuranın) sədri.

Bioqrafiyası Vasvi Abduraimov 18 oktyabr 1954-cü ildə Özbəkistan SSR-in Fərqanə vilayətinin Altıarık rayonununn Həmzə şəhərində anadan olmuşdur. Bütün Krımtatar xalqı kimi 18 may 1944-cü ildə valideynləri Krımdan bölgəyə deportasiya edilmişdir.

Təhsil 1976-cı ildə Fərqanə Dövlət Pedaqoji İnstitutunun fizika-texnika fakültəsini ümumi texniki fənlər və əmək ixtisası üzrə bitirib.

1987-ci ildə Abram İoffe adına Fiziki-Texniki İnstitutunun Elmi Şurasında "Yarımkeçiricilər və dielektriklərin fizikası" ixtisası üzrə dissertasiyasını müdafiə edərək Fizika-riyaziyyat elmləri namizədilyiyini alır.

Karyerası 1978–1990-cı illərdə Fərqanə Dövlət Pedaqoji İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.

1990-cı ilin oktyabrından 1991-ci ilin martınadək Krım Muxtar Sovet Sosialist Respublikasının Deportasiya olunmuş Xalqları İşləri Komitəsinin qayıtma şöbəsinin müdiri.

1991-ci ilin mayından 1997-ci ilin sentyabrına qədər Krım Muxtar Respublikasının Təhsil Nazirliyinin baş mütəxəssisi.

1998–1999 — "Krım adası" jurnalının baş redaktor müavini.

1999–2000 — Krım jurnalının baş redaktor müavini.

2000–2003 — "Krım Tətbiqi İnformasiya Texnologiyaları Mərkəzi" özəl müəssisəsinin baş direktoru.

2003–2005 — İ. Vernadski adına Tavriçesk Milli Universitetinin Siyasi Elmlər Bölməsində baş müəllim.

2005–2006 — Krım Mühəndislik və Pedaqoji Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi.

2006–2009 — həftəlik "Yarımada" qəzetinin baş redaktoru.

2009–2013 — "Krım Tətbiqi İnformasiya Texnologiyaları Mərkəzi" özəl müəssisəsinin baş direktoru.

Ailəsi Ailəlidir, bir qızı və bir oğlu var.

Həyat yoldaşı — Abduraimova Asya Osman qızı, 1956-cı il təvəllüdlü, müəllimə.

Qızı — Dikaya Fevziye, 1978-ci il təvəllüdlü, müəllim, iqtisadçı.

Oğlu — Edem Abduraimov, 1985-ci il təvəllüdlü, müəllim, informasiya texnologiyaları mütəxəssisi.

İstinadlar

Kateqoriya:Milli Firqə üzvləri Kateqoriya:I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri