Anaqnostaras (; ) ― yunan inqilabçısı, Filiki Eteriyanın qabaqcıl üzvü, general və Yunanıstan İstiqlaliyyət müharibəsinin müharibə naziri. Anaqnostaras bir təxəllüsdür, şəxsin doğuluşda adı Xristos Papageorgiu () idi, qeyd olunan adı isə Anaqnostis Papageorgiu ()Chrysanthopoulos (1888), p. 90.Filimon, I. (1834), p. 185: Note (a). oldu.
Erkən illəri 1760-cı ildə Messeniyanın Poliani kəndində anadan olmuşdur; onun nəsli Arkadiyanın Leontari kəndindən gəlirdi.Great Military and Naval Encyclopedia (1929), vol. 2, p. 130. 1787-1792-ci illərdə baş tutan Rusiya-Osmanlı müharibəsi zamanı o, Xristofor Perrevos və Tsanetos Qriqorakis ilə birlikdə İon adalarına gəlmişdir ki, mayor rütbəsində yunan-rus generalı Emanuil Papandopulonun komandanlığı altında vuruşsun.The History of the Greek People, vol. 11, p. 423. 1803-cü ildə Zakinf adasına köçdü və 1813-cü ilə qədər Rusiya İmperator Ordusunda hərbi xidmətə başladı, sonra ordudan buraxıldı və qalıq maaşı istəmək üçün Odessaya köçdü.The History of the Greek People (1971), vol. 12, pp. 144–145.Chrysanthopoulos (1888), p. 92.
Filiki Eteriyada fəaliyyəti 1817-ci ildə Odessada Nikolaos Skufas tərəfindən Filiki Eteriyada cəlb olundu, ona "keşiş" adı verildi və 1817-ci ilin mart ayında onu Atanasios Tsakalofla görüş üçün Moskvaya yolladılar.Flessas, C. (1842), pp. 34–35. Tsakalof onu İdra və Spetse adalarında göndərdi ki, orda təşkilat üçün yeni üzvlər axtarsın.Flessas, C. (1842), pp. 41, 145. Daha sonra həmin il İstanbula getmiş və orada Papaflessasa rast gələrək 21 iyun 1818-ci ildə onu təşkilata gətirdi, sonra isə Zakinfə döndü və 1 dekabr 1818-ci ildə Teodoros Kolokotronisi təşkilata üzv etdi.The History of the Greek People (1971), vol. 12, pp. 76–77.
Daha sonra fəaliyyətini davam etdirmək üçün Peloponnesə göndərildi, burada qeyri-adi səslənsə də buzuki ilə Riqas Fereosun şeirlərini demiş və kleftlərin mahnılarını oxuyurdu. Səfərinin nəticəsində onu daha yüksək kateqoriya olan "apostol"a qədər ucaltdılar.Filimon, I. (1834), pp. 201–202. Emmanuil Ksantos Anaqnostarasa təşkilatın digər üzvləri ilə yazışmalar üçün 108 nömrəli kod verdi.Flessas, C. (1842), p. 36: File of Xanthos, no. 1818/11a. O, Eteriyada "apostol" adını almış ilk şəxs idi, ondan sonra Xristofor Perrevos, Yannis Farmakis və Elias Xrisospatis də bu ada layiq görüldülər.Flessas, C. (1842), p. 44: List of 12 Etairoi and 15 Apostles.
Yunanıstan İstiqlaliyyət müharibəsində xidməti Yunanıstan İstiqlaliyyət müharibəsi 1821-ci ilin mart ayında başlayanda Anaqnostaras 23 mart 1821-ci ildə Kalamata şəhərinin azad edilməsində iştirak edirdi. Bu hərbi proses zamanı yunan nizamsız inqilabi qüvvələri Osmanlı qarnizonunun təslim edilməsindən sonra döyüşsüz şəhəri nəzarət altına aldılar, əməliyyata mayor Petros Mavromixalis başçılıq edirdi. 30 sentyabr 1821-ci ildə Teodoros Kolokotronis, Kiryakulis Mavromixalis və Panayotis Giatrakos ilə birlikdə Peloponnes Senatı üzvlərinin mövqeyini təsdiqləyən müqavilə imzaladı və bu Aleksandr İpsilanti ilə əlaqələrin kəsilməsinə gətirdi, sonuncu axırda öz mövqeyindən geri çəkildi.The History of the Greek People (1971), vol. 12, pp. 197–198. Anaqnostaras general rütbəsinə yüksəldi və Müharibə Komissiyasının üzvü oldu.
1822-ci ilin mart ayında Anaqnostaras Panayotis Kefalas və Giatrakos ailəsi ilə Giorgis Kunduriotisa Mills qəsəbəsində yeni hökumətin qurulmasına dəstək verdi.The History of the Greek People (1971), vol. 12, pp. 328–329. 1822-ci ilin may ayında Astrosdaki İkinci Milli Məclisdə dəyişikliklərdən sonra müvəqqəti yunan hökumətinin müharibə naziri oldu.Chrysanthopoulos (1888), p. 91.The History of the Greek People (1971), vol. 12, p. 299.
O, Valtetsi döyüşü (12 may 1821-ci il),Autobiography of Kolokotrones (1892), p. 141. Tripoli mühasirəsi (1821-ci il sentyabr),Autobiography of Kolokotrones (1892), p. 149. Korinf mühasirəsi (1821-ci il dekabr – 1822-ci il yanvar)The History of the Greek People (1971), vol. 12, pp. 182, 217. və çox başqa hərbi əməliyyatlarda iştirak etmişdir. 8 may 1825-ci ildə Navarino mühasirəsi zamanı öldü.The History of the Greek People (1971), vol. 12, p. 382.
İstinadlar
Mənbə
Kateqoriya:Yunanıstan İstiqlaliyyət müharibəsi iştirakçıları