Vasili Barvinski – () Ukraynalı bəstəkar, pianoçu, musiqişünas və müəllimdir. Barvinski dünya səviyyəsində tanınan ilk Ukrayna bəstəkarlarından biri idi. Əsərləri yalnız Sovet İttifaqında deyil, Vyana, Leypsiq, Nyu-York və Yaponiyada da yayımlanıb.

Həyatı Vasili Barvinski () 1888-ci il 20 fevralda Ukraynanın Ternopol şəhərində doğulub. Atası Aleksandr Barvinski tanınmış pedaqoq, siyasətçi və ictimai xadim idi. 1917-ci ildə Avstriya yuxarı palatasına üzv seçildi. Anası isə müğənni və pianoçu idi. Vasilinin ilk musiqi müəllimi elə anası olub.

Təhsili Peşəkar musiqi təhsilinə Lvov konservatoriyasında başlayıb. Daha sonra musiqi təhsilinə Praqa şəhərində davam edib. Müəllimləri arasında Vilem Kurtz (piano) və Vitaslav Novak (bəstəkar) olub.

1916–1940-cı illər ərzində Lisenko Ali Musiqi İnstitutunun direktoru olub.

Müəllimliyə başlayanda ilk tələbələrindən biri Stefaniya Turkeviç olub.

Yaradıcılığı Barvinskinin 30–a yaxın əsərləri var. 1948–1958-ci illər ərzində həbsdə olub və əsərlərinin bəziləri məhv edilib. Həbsdən çıxdıqdan sonra məhv edilmiş əsərlərini bərpa etməklə məşğul olub. Bəzi əsərləri itsə də, yaradıcılıq mirasının böyük bir hissəsi qalıb və dünya səviyyəsində ifa olunur.

Bəstələri

Piano üçün

İstinadlar

Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Ukrayna dirijorları Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar