Li San Hyok (; ) və ya daha çox tanınan adı ilə Faker () – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur.
Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Qalio, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur.
Faker League of Legends Dünya Çempionatını 6 dəfə qazanan yeganə oyunçudur (2013, 2015, 2016, 2023, 2024, 2025). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır. Dünya çempionatlarında qalib gəldiyi üçün oyunda ona aid 5 kostyum var: SKT T1 Zed (2013), SKT T1 Rayz (2015), SKT T1 Sindra (2016), T1 Orianna (2023), T1 Saylas və T1 Yone (ikisi də 2024).
2020-ci ilin əvvəlində T1 Entertainment & Sports şirkətinin sahiblərindən biri olmuşdur.
Şəxsi həyatı 7 may 1996-cı ildə Seul şəhərində anadan olub. O və qardaşı nənə-babaları və atası tərəfindən Seulun Kansoqu rayonunda yetişdiriliblər. Faker uşaqlıqdan pazlların və videooyunların aludəçisi olub, əvvəllər Warcraft III üçün olan xəritələri və Chaos adlı MOBA oynunu oynayırdı. 2011-ci ildə League of Legends ilə tanış olduqdan sonra cəld şəkildə oyuna adaptasiya olub. Mapo liseyinə daxil olsa da, e-idman karyerası üçün liseyi tərk edib.
Karyerası 2013-cü ildə "T1 K" komandasına orto koridor oyunçusu kimi qoşulub. Komanda Koreyada dominantlıq etdikdən sonra 2013-cü ildə Faker komandasına ilk dünya çempionluğunu qazandırıb. 2014-cü ildə komandası ilə All-Star Paris turnirini qazansa da, dünya çempionatına vəsiqə qazana bilməyib. 2014-cü ildə "T1 K" və "T1 S" komandalarının birləşməsindən sonra Faker vahid "T1" komandasında çıxış etməyə bilib. 2015-ci ildə komandası ilə cəmi 1 məğlubiyyətlə və 15 qələbə ilə ikinci dəfə dünya çempionu olub.
2016-cı ildə Koreya çempionatında Yaz çempionu olaraq Mövsümarası Dəvət turnirinə qatılıb və ilk dəfə bu turnirin qalibi olub. 11 iyun 2016-cı ildə Koreya çempionatında 1000 killi keçən ilk oyunçu olub. 1000-ci killini Malzahar ilə Reksaiyə qarşı almışdır. Həmin il komandası ilə üçüncü dəfə dünya çempionu olub və turnirin ən dəyərli oyunçusu seçilib.
Filmoqrafiya "Xəyalpərəst" (2020)
İstinadlar
Kateqoriya:League of Legends orta koridor futbolçuları Kateqoriya:T1 (kiberidman) futbolçuları Kateqoriya:Cənubi Koreya kiberidmançıları Kateqoriya:2022 Asiya Oyunları medalçıları