Denov () — Özbəkistanın Surxandərya vilayətində şəhər. 27 yanvar 1958-ci ildə şəhər statusu alıb.

Coğrafiya thumb|150px|Denov şəhərində heykəl Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir.Dani, Ahmad Hasan; Litvinsky, B. A. History of Civilizations of Central Asia: The crossroads of civilizations, A.D. 250 to 750. UNESCO. p. 177. ISBN 978-92-3-103211-0.

İqtisadiyyat Əhalinin gəliri əsasən Tacikistanla sərhədyanı ticarət və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən əldə edilir.

Əhalisi 2010-cu ilin məlumatlarına görə Denovda 97.196 nəfər yaşamaqda imiş. 2015-ci ildə əhalisi 114.090 nəfərə yüksəldi. Əhali baxımından Termezdən sonra Surxandərya vilayətində 2-ci ən böyük yaşayış yeri sayılır.

Milli tərkibi Denovda üstünlükdə olan yerli Özbəklərin yanı ilə Taciklər, Qaraçılar, Ruslar, Tatarlar, Koreyalılar, Uyğurlar və başqa millətlərin nümayəndələri də az sayda yaşamaqdadırlar.

Görməli yerlər Seyyid Atalıq mədrəsəsi Yurçi (Yurdçu) qalası Xalçayan yaşayış yeri Dəlvərzintəpə yaşayış yeri Denov bitkilər bağı

Həmçinin bax Surxandərya vilayəti

İstinadlar

Kateqoriya:Surxandərya vilayətinin şəhərləri