Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO — 1949-cu ildə Zaqrebdə yaradılmış milli rəqs ansamblı."LADO Ansambl". LADO. LADO Xorvatiyanın zəngin və regional musiqili və xareoqrafik ənənələrini təmsil edir. Bu ansamblı Xorvatiyanın ən uğurlu "mədəni ixrac məhsulu" adlandırırlar. Ansambl 37 rəqqasdan təşkil olunub. B heyətin tərkibində çıxış zamanı musiqi ifadə edənlər və ənənəvi və klassik musiqi alətlərində ifa edən 15 nəfərlik musiqiçi qrupu da var. Ladonun çoxlu sayda Xorvat etnoqraf və xareoqrafları, onlarla birgə fəaliyyət göstərən folklorçular da var.
Tarixi Lado ansamblının əsası bədii rəhbər və xareoqraf Zvonko Ljevakoviç tərəfindən 11 noyabr 1949-cu ildə qoyulub.Shay, Anthony (2002). Choreographic politics: state folk dance companies, representation, and power. Wesleyan University Press. ISBN 0-8195-6520-2.
Mükafatları Lado ansamblı bir sıra milli və beynəlxalq mükafaların və yarışların qalibi olub. 1954-cü ildə Böyük Britaniyada Llangollendə keçirilən Llangollen Beynəlxalq Musiqili Eystetvodda (musiqi festivalında) birinci yerin qalibi olub. Daha sonra Zaqreb və İrlandiyada Korkda keçirilən bir sıra yarışların qalibi oldular. Bu ansambl həm də Santyaqo, Punta Arenas, Antofoqasta, Los Anceles, Frankfurt və Klivlenddə fəxri mükafatlar qazandı.
2002 — Lado Avropanı ABŞ-da Xor Musiqisi üzrə VI Dünya Simpoziumunda təmsil etdi. 2003 — Dubrovnik Yay Festivalının 54-cü ilində Orlando Mükafatının qalibi oldular. 2004 — Varazdin Barokko Gecələrinin 34-cü illiyində Ivan Lukaçiç mükafatının qalibi oldualr. 2006 — Xorvatiya mədəniyyətinin təşviqinə görə İNA Mükafatının qalibləri oldular.
Diskoqrafiya
Albomlar 1987 — Narodne pjesme i plesovi sjeverne Hrvatske 1994 — Telo Kristuševo, Narodi se mladi kralj''' 1994 — Kalvarija 1998 — Iz Kajkavskih krajeva 1998 — Iz Kajkavskih krajeva vol.2 1998 — Iz Hrvatske narodne glazbene riznice vol.1 1999 — Kolo igra, tamburica svira vol.1 1999 — Kolo igra, tamburica svira vol.2 1999 — O vreme prelubleno - 2000 — Na moru i kraju - 2000 — U društvu svirača vol.1 2001 — Najljepše Božične pjesme 2001 — U društvu svirača vol.2 2001 — Na zelenom travniki 2002 — Raspelo 2003 — Preveliku radost navišćujem vama 2003 — LADO electro 2004 — Zorja moja zorja — Anđela Potočnik 2004 — Božić u svijetu 2005 — Iz Hrvatske narodne glazbene riznice vol.2' 2006 — Kalvarija 2007 — Polke i drmeši 2007 — Tete Liza i Lado 2009 — Janja — Niz Muru i Dravu''
Xarici keçidlər https://www.lado.hr - Ladonun rəsmi veb saytı.
İstinadlar
Kateqoriya:Xorvatiya Kateqoriya:"Avroviziya" iştirakçıları