Nino Kipiani () — gürcü hüquqşünas və siyasətçi.

Brüsseldəki hüquq fakültəsinin məzunu olan Nino Rusiya imperiyasındakı ilk qadın vəkil olmuşdur. Gürcüstanın azad edilməsi çağırışları nəticəsində, 1907-ci ildə xaricə köçmək məcburiyyətində qalmış, əvvəl atası ilə Brüsseldə, sonra da İtaliyada yaşamışdır. 1920-ci illərin əvvəllərində vətəninə qayıtmışdır.

Bioqrafiyası

Gürcü dövlət xadimi Dimitri Kipianinin nəvəsi, Niko Kipiani və Anastasiya Eristavinin qızı Nino Kipiani 1877-ci ildə Kutaisi şəhərində anadan olub. Tbilisidəki Müqəddəs Nino məktəbində oxumuş, lakin 1898-ci ildə naməlum səbəblərdən oradan uzaqlaşdırımışdır. Sonra Brüsseldə hüquq təhsili almış və beləliklə də, yalnız Gürcüstanda deyil, Rus İmperiyasında da ilk qadın vəkil olmuşdur. 1900-cü illərin əvvəllərində millətçi hərəkatda iştirak etdiyi üçün bir neçə dəfə həbs olunmuşdur.

Düşüncələri Müstəqilliyə olan marağı 1903-cü ilin iyul ayında Brüsseldən göndərdiyi bir kartda ifadə edilmişdir: “Niyə Rusiyadan tam müstəqillik tələb etmək iradəmiz yoxdur? Bütün dövlətlərin ən qədimi olan və ən böyük tarixə sahib olan Gürcüstanımızın azad olmasına niyə icazə vermirik?”

İstinadlar

Kateqoriya:Gürcüstan hüquqşünasları