Samuel Ferquson () — irland şairi, ser, İrlandiya Kral Akademiyasının prezidenti.

1832-ci ildə Dublin Triniti Kollecinin hüquq fakültəsini bitirmişdir və "Gənc İrlandiya" hərəkatına qoşulmuşdur. 1840-cı illərdən İrlandiya tarixi və arxeologiyası sahəsində tədqiqatlar aparmış, kelt mədəniyyətini öyrənmək üçün 1863-cü ildə İrlandiya, Böyük Britaniya və Fransa Bretanına səyahət etmişdir. 1867-ci ildə İrlandiya məhkəmə aktları mühafizinin köməkçisi olmuşdur. 1878-ci ildə rıtsar rütbəsinə yüksəlmişdir. Şair kimi ilk əsərini 1832-ci ildə yazıb. "Konqal" poeması və kelt folklor süjetləri əsasında yazdığı balladaları ilə geniş şöhrət qazanmışdır. Elmi əsərlərin, o cümlədən "İrlandiya, Uels və Şotlandiyada oqam kitabələri"nin müəllifidir.

İstinadlar

Kateqoriya:İrlandiya şairləri Kateqoriya:İngilis şairlər Kateqoriya:İrlandiya yazıçıları Kateqoriya:XIX əsr şairləri Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XIX əsr rəssamları