Rutenium (VIII) oksid — formulu RuO4 olan qeyri-üzvi birləşmə.
Tarixi Rutenium (VIII) oksid ilk dəfə Karl Klaus tərəfindən 1860-cı ildə kəşf edilmişdir.
Fiziki xassələri Rutenum (VIII) oksid sarı-narıncı kristallar əmələ gətirir. Rutenium tetraoksid uçucu birləşmədir və asanlıqla sublimasiya olur. 100 ° C-dən çox qızdırıldıqda, partlayışla parçalanır. Güclü oksidləşdirici maddədir, ozon qoxusu verir, spirt ilə reaksiyaya daxil olduqda partlayış baş verir. Suda orta dərəcədə həll olunur, sulu məhlulları zəif bir turşudur pK1 =11.0. Alınması Rutenium qızdırıldıqda oksigenlə oksidləşir:
Ruteniumun kalium bromat ilə oksidləşməsi nəticəsində:
Rutenium(IV) oksidi qızdırılaraq parçalanması nəticəsində:
Kalium tetroksarutenatın (VI) xlor ilə oksidləşməsindən:
Kimyəxi xassələri Rutenum (VIII) oksid qızdırıldıqda parçalanır:
Güclü oksidləşdiricidi. Xlorid turşusunun durulaşmış məhlulu ilə reaksiyaya daxil olur:
Qələvilərlə reaksiyaya daxil olur:
Toksikliyi Rutenium tetroksid çox zəhərli, uçucu, güclü oksidləşdirici maddədir, buna görə möhürlənmiş ampulalarda saxlanmalıdır.
Mənbə Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с. Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов. — 3-е изд., испр. — М.: Химия, 2000. — 480 с. . Неорганическая химия / под ред. Ю.Д. Третьякова. — М.: Академия, 2007. — Т. 3. — 400 с.
Kateqoriya:Oksidlər