Roman Maksimoviç Trifonov (; ) — sovet opera müğənnisi (bas), professor (1956), Azərbaycan SSR xalq artisti (1958), Özbəkistan SSR xalq artisti (1945).
Həyatı Roman Trifonov -cı ildə Saratov quberniyasının (hazırda Ulyanovsk vilayəti) Xolstovka kəndində anadan olmuşdur. 1927-ci ildə Saratov Konservatoriyasını bitirmiş, 1928–1930-cu illərdə Kiyev, 1931–1936-cı illərdə Saratov, Odessa, Sverdlovsk, 1936–1940-cı illərdə Leninqrad, 1940–1947-ci illərdə isə Daşkənd () şəhərlərinin opera teatrlarında çıxış etmişdir. 1948-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.
Roman Trifonov pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1940-cı ildən Daşkənd, 1948-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında (1956-cı ildən professor) dərs demişdir. O, 5 aprel 1966-cı ildə Bakıda vəfat etmişdir.
İfa etdiyi əsas partiyalar Roman Trifonov bir sıra operalarda əsas partiyaları ifa edib:
İbrahim xan ("Koroğlu", Üzeyir Hacıbəyov) Xan ("Azad", Cahangir Cahangirov) Fernando, Proçida ("Trubadur" və "Siciliya gecələri", Cüzeppe Verdi) Nilakant ("Lakme", Leo Delib) Qoçubəy, Kral Rene ("Mazepa" və "İolanta", Pyotr Çaykovski) Tsuniqa ("Karmen", Jorj Bize) Dəyirmançı ("Su pərisi", Aleksandr Darqomıjski) Mefistofel ("Faust", Şarl Fransua Quno) Don Bazilio ("Sevilya bərbəri", Coakkino Rossini) İvan Susanin ("İvan Susanin", Mixail Qlinka) Suvorov ("Suvorov", Sergey Vasilenko) Boris Qodunov və Varlam, Dosifey ("Boris Qodunov" və "Xovanşina", Modest Musorqski)
Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 26 aprel 1958 "Özbəkistan SSR xalq artisti" fəxri adı — 1945 "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:Rusiya Teatr Sənəti Universitetinin məzunları Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri