Robin Everardus Qosens (5 iyul 1994, Emmerix-am-Rayn, Almaniya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və Almaniya milli futbol komandasında sol cinah müdafiəçisi kimi çıxış edən peşəkar Almaniya futbolçusu.
Klub karyerası Vitess Qosens Almaniyanın Emmerix-am-Rayn şəhərində anadan olmuşdur. Fortuna Elten, Boxolt və Rede klublarda çıxış etdikdən sonra 4 iyul 2012-ci ildə Vitess klubunun akademiyasına qəbul olmuşdur. 13 avqust 2013-cü ildə o, klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Bundan əvvəl Bundesliqa təmsilçilərindən olan "Borussiya Dortmund" klubunda baxışda olsa da, nəticə uğursuz olmuşdur. Qosens özü bu hadisəni fiasko adlandırmışdır.
Dordrext 14 yanvar 2014-cü ildə Qosens mövsüm sonuna qədər Dordrext klubuna icarəyə verilmişdir. O, peşəkar karyerasında debütünü üç gün sonra Ekselsior klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.
Qosens peşəkar karyerasında ilk qolunu 7 fevralda Emmen klubuna qarşı oyunda vursa da, komandası rəqibinə 1-6 hesabı ilə məğlub olmuşdur. Pley-off mərhələsi də daxil olmaqla mövsüm sonuna qədər Qosens 20 görüşdə meydana çıxdı. Komanda ikinci yeri tutaraq on doqquz illik fasilədən sonra yenidən Erediviziyaya vəsiqə qazandı.
29 may 2014-cü ildə Qosens icarə müddətini daha bir il uzatdı. O, Erediviziyada debütünü 9 avqustda Herenveen klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komanda rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. O, liqada ilk qolunu 20 sentyabrda Ekselsior klubuna qarşı oyunda vurmuş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.
Herakles Almelo 4 iyun 2015-ci ildə Qosens azad agent kimi Erediviziya təmsilçilərindən olan Herakles Almelo klubu ilə müqavilə imzalamışdır.Heracles heeft de smaak te pakken en legt transfervrije Vitessenaar vast (Dutch). Voetbalprimeur. 4 June 2015
Atalanta 2 iyun 2017-ci ildə Qosens İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubu ilə müqavilə imzalamışdır. 18 sentyabr 2019-cu ildə "Dinamo Zaqreb" klubuna qarşı oyunda Çempionlar Liqasında debüt etmişdir. O, turnirdə ilk qolunu 11 dekabr 2019-cu ildə "Şaxtyor Donetsk" klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 25 noyabr 2020-ci ildə Enfild stadionunda keçirilən "Liverpul" klubuna qarşı oyunda ikinci qoluna imza atmışdır.
Qosens həm hücumda, həm də müdafiədə üstün çıxışı ilə özünü İtaliya A Seriyasının ən yaxşı cinah müdafiəçilərindən biri kimi isbatlamışdır. 2019-20 mövsümündə 9 qol vuran Qosens "Atalanta" klubunun mövsümdə ən çox qol vuran oyunçularından olmuşdur. Bu nəticə müdafiəçi üçün ən yüksək göstəricilərdən hesab olunur.
Milli karyerası 25 avqust 2020-ci ildə Qosens ilk dəfə Almaniya milli futbol komandasına dəvət almışdır. O, milli ilə debütünü 3 sentyabrda 2020-21 UEFA Millətlər Liqası çərçivəsində İspaniya millisinə qarşı oyunda etmişdir.
19 may 2021-ci ildə Qosens UEFA Avro 2020 turnirində iştirak üçün milliyə çağırılmışdır. 19 iyun 2021-ci ildə UEFA Avro 2020 çərçivəsində Portuqaliya millisinə qarşı oyunda Qosens bir qol və iki assist ilə yadda qalmışdır. Həmin görüşdə Almaniya millisi rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. O, həmçinin oyunun ən yaxşı oyunçusu mükafatına layiq görülmüşdür.
Şəxsi həyatı Qosens Almaniyada anadan olmuşdur. Anası Almaniya, atası isə Niderland vətəndaşıdır. Qosens həm Almaniya, həm də Niderland pasportuna sahibdir. O, "Şalke 04" azərkeşidir. Məktəbi bitirdikdən sonra polis akademiyasına müraciət etsə də, sonradan bu fikrindən daşınmışdır.
Karyera statistikası Klub
KlubMövsümLiqaKubokAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolDordrext (icarə)2013–14Eerste Diviziya16100–402012014–15Erediviziya31220––332Ümuni47320–40533Herakles Almelo2015–16Erediviziya32231–303832016–172822020–322Ümumi 604512030705Atalanta2017–18Serie A2112031–2622018–192833050–3632019–203491081–43102020–2132115071–4412Ümumi11524110233–14927Ümumi karyera222311812537027235
Milli komanda qolları
AlmaniyaİlOyunQol202040202152Ümumi92
Nəticələr və qollar Almaniya hesablamasının birinci siyahısındadır.
+ Robin Qosensin milli komandada vurduğu qolların siyahısı No. Tarix Məkan Oyun Rəqib Hesab Nəticə Turnir 1 7 iyun 2021 Merkur Spiel-Arena, Düsseldorf, Almaniya 7 1–0 7–1 Yoldaşlıq oyunu 2 19 iyun 2021 Allianz Arena, Münhen, Almaniya 9 4–1 4–2 UEFA Avro 2020
Uğurları
Fərdi Serie A İlin Komandası: 2019–20
İstinadlar
Xarici keçidlər
FC Dordrecht official profile
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri