İrfan Can Kahveci () — Türkiyəli peşəkar futbolçu. Türkiə Super Liqasında mübarizə aparan "Fənərbaxça" klubunun və Türkiyə milli komandasının mərkəz yarımmüdafiəçisi.
Klub karyerası
Gənclərbirliyi "Gənclərbirliyi" klubunun yetirməsidir. "Gənclərbirliyi" klubunun gənclər heyətində oynadıqdan sonra 2014–15 mövsümündə əsas komandada debüt edir.
Türkiyə Super Liqasında ilk qolunu, 9 noyabr 2014 tarixində "Kasımpaşa" klubuna qarşı oyunda vurur. Debüt mövsümündə ümumi 30 oyunda meydana çıxıb 6 qol vurur.
"Gənclərbirliyi"ndə keçirdiyi ikinci mövsumdə, bütün yarışlarda 33 oyunda meydanda olub 3 dəfə qol ilə fərqlənir.
İstanbul Başakşehir 26 dekabr 2016-cı ildə Kahveci, "İstanbul Başakşehir" klubu ilə 4,5 illik müqavilə imzalayır.
Futbolçu 2 dekabr 2020-ci ildə UEFA Çempionlar Liqasında "RB Leypsiq" klubuna qarşı oyunda het-trik edir, lakin komandası oyunda 3–4 hesabı ilə məğlub olur. Bu het-trik ilə o, Ronaldo və Qaret Beyldən sonra Çempionlar Liqasında komandası məğlub olsa da het-trik edən üçüncü futbolçu olur.
Fənərbaxça 31 yanvar 2021-ci ildə "Fənərbaxça" klubu, öz rəsmi Twitter hesabında Kahveçinin komandaya qoşulduğunu elan edir. Futbolçu "Fənərbaxça" ilə 7 milyon avro qarşılığında dörd il yarımlıq müqavilə imzalayır.
Milli komanda karyerası Futbolçunun Türkiyə Milli komandasına ilk dəvəti, 1 avqust 2016-cı ildə Rusiya millisinə qarşı yoldaşlıq göruşundə olur. Futbolçunu debüt oyunu isə, 23 mart 2018-ci ildə milli komandada ilk oyununa İrlandiyaya qarşı oyunda olur.
Uğurları İstanbul Başakşehir
Çempionluq
Super Liqa: 2019–20
Fenerbahçe
Türkiye Kuboku:2023
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Türkiyə milli futbol komandasının oyunçuları Kateqoriya:Hacəttəpə FK futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Türkiyə U-17 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:İstanbul Başakşehir FK futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə U-18 milli futbol komandası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Türkiyə 3-cü Liqası futbolçuları Kateqoriya:Türkiyə U-20 milli futbol komandası futbolçuları