Hoqqabaz - Cem Yılmazın ssenarisini yazdığı və Əli Tanər Baltacı ilə rejissorluğunu bölüşdüyü türk sinema filmi. Filmdə bir hoqqabaz (İskəndər) və yardımçısının (Maradona) sərgüzəştlərindən bəhs olunur.
Mövzusu Uşaqlığından bəri sehrli şeylərə qarşı çox güclü marağı olan İskəndər təkidlə sehrbaz olacağını iddia eləsə də, yaxın dostu Maradona istisna heç kəs bunu qəbul etmir və alçaldaraq onun hoqqabaz olduğunu deyirlər. İskəndəri Kipr qazisi pensioner zabit olan atası Sait də oğlunu heç zaman təqdir etməmişdir. Çünki o da oğlunun elədiyi işdən qurur duymur.
Məcburi səbəblərə görə İstanbuldan qaçarcasına turneyə çıxmaq məcburiyyətində qalan ikili yanlarına Saiti də almalı olurlar. Ata və oğul bu turne əsnasında bir az olsun yaxınlaşalar da, yaşanacaq bir-birindən maraqlı hadisələr hər şeyin fərqli bir şəkildə getməsinə səbəb olur.
Aktyorlar və obrazlar
Cem Yılmaz - İskəndər Tünaydın Ozan Uyqun - 8 yaşlı İskəndər Mazhar Alanson - Sait Tünaydan Tuna Orhan - Maradona Özləm Təkin - Fatma Nur Qayə Türksönməz Tuncər Salman - Aslan Türksönməz Kəmal İnci - Cəmal ağa Gürgən Öz - Ərkut Canər Alqaya - Samidin Ayçe Abana - Nuran Dənizgünü Bəxtiyar Əngin - Qəzənfər Dənizgünü Yağmur Ağpınar - Yağmur Dənizgünü Bbengisu Özqaya - Ece Dənizgünü Onuryay Evrentan - Sibel Suat Önen - Doktor Can Yılmaz - Göz həkimi Ezgi Mola - tibb bacısı Səlim Əərdoğan - Səbahətdin Qəmzə Dəmirbilək - Aynur Sənnur Qaya - Əminə Mətin Keçəçi - Çoban Seyhan Qaya - Polis Fevzi Müftioğlu - baqqal köməkçisi Şinasi Yurtsevər - Jandarm Ləvənt İntəpə - Jandarm Tevfik Yapıcı - Ellez usta
Xarici keçidlər
Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:Türkcə filmlər Kateqoriya:2006-cı ilin Türkiyə filmləri