Kolsay gölləri Milli Park () ― Qazaxıstanın cənub-şərqində, Tyan-Şan dağlarının şimal yamacında, Qırğızıstan sərhəddindən 10 km məsafədə yerləşən milli park. Parkın əsas xüsusiyyəti tez-tez "Tyan-Şan inciləri" olaraq adlandırılan Kolsay gölləridir. Gözəl Kaindi gölü də parkda yerləşir. Parkın sərhədi Almatının cənub-şərqindən keçir. Qoruma Təbiəti qorumaq parkın missiyasının vacib bir hissəsidir. Ərazinin 72%-i ciddi mühafizə altındadır, 13%-i isə turizm və istirahət üçün ayrılmışdır.
Topoqrafiya left|thumb|280x280px| Orta Kolsay GölüParkın gölləri Tyan-Şandan başlayaraq cənubdan şimala doğru axan Kolsay çayı boyunca uzanır. Əsas göllər bunlardır:
Aşağı Kolsay gölü Kolsay çayını bağlayan sürüşmə nəticəsində əmələ gələn təbii su anbarıdır. Göl təxminən 1 km uzunluğunda, 400 metr enində və 80 metr dərinliyindədir. Quru yolu ilə gölə çatmaq mümkündür və ərazidə qonaq evləri və düşərgələr var. (hündürlük: 1 818 metr).
Orta Kolsay gölü Aşağı Kolsay gölündən beş kilometr yuxarıda yerləşir. Bu, üç göldən ən böyüyüdür və dərinliyi 50 metrə çatır. (hündürlük: 2 252 metr). Göl həmçibib üç Kolsay gölü arasında ən mənzərəlisi hesab olunur. Yuxarı Kolsay gölü Orta Kolsay gölündən altı kilometr yuxarıda yerləşir və ağaclar və alp çəmənlikləri ilə əhatə olunmuşdur. Sara-Buluk keçidindən və Qırğızıstandan 6 km. məsafədədir. (hündürlük: 2 850 metr).
Kaynidi gölü Kolsay Göllərinin 11 km şərqində, Çilik çayı kənarında yerləşir. Göl güzgü kimi suyu və sudan qalxan ladin gövdələri ilə məşhurdur. Göl 1911-ci ildə zəlzələ səbəbi ilə yaranmış sürüşmənin çayın bir ucunu bağlaması ilə yaranmışdır. thumb|280x280px| Kolsay gölləri Milli Parkındaki Kaynidi gölü. Göldən qalxan ölü ladin gövdələrinə diqqət yetirin. İqlim Kolsay gölləri bölgəsindəki iqlim sərin yayı olan rütubətli kontinental iqlim olaraq təsnif edilmişdir. İyul ayında havanın teperaturu gündüz -dən gecə -yə qədər dəyişə bilər.
Bitkilər və heyvanlar Ərazi ekoloji cəhətdən təmizdir və bir çoxu dərman kimi istifadə olunan olan yabanı bitkilərlə zəngindir. Kolsay göllərinin ətrafındakı bütün ərazidə güclü yağışlardan sonra iynəyarpaqlı meşələrdə müxtəlif göbələklər meydana çıxır. Alimlər parkda 704 bitki növü qeyd etmiş və bunlardan 12-si nadir olaraq təsnif edilmişdir. Parkda 50 növ məməli, 197 növ quş, 2 növ sürünən, 2 növ amfibiya və 2 növ balıq qeydə alınmışdır. Tyan-Şan qəhvəyi ayısı (U. a. İsabellinus), Türküstan vaşaqı, qar bəbiri, Tyan-Şan arxarı və daşlıq dələsi də daxil olmaqla parkdadkı altı məməli növü nadir olaraq təsnif edilmişdir.
Turizm Parkın yaxınlığındakı Satı kəndində qonaq evləri və düşərgələr mövcuddur. Ərazidə Aşağı Kolsay gölündən başlayan, Kolsay gölləri boyunca irəliləyən və Sarı-Bulak aşırımından (3 278 m) keçən 25 km-lik gəzinti marşrutu da var. Marşrut üç gün piyada və ya bir gün atla gedilə bilər. Kolsay gölləri bölgədə populyar dağ turizm mərkəzidir. Bölgədəki populyar fəaliyyətlər arasında piknik, at minmə və dağ velosipedi yer alır. Aprel-sentyabr ayının sonları ərazidə düşərgə üçün standart dövrlərdir.
İstinadlar
Kateqoriya:Qazaxıstan gölləri Kateqoriya:Qazaxıstan milli parkları Kateqoriya:2007-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Almatı vilayəti coğrafiyası