Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur.
Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır.
"Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir. "Bethesda" seriyanı satın alındıqdan sonra "Fallout"un kütləvi çoxnəfərli onlayn rol oyunu (MMORPG) versiyasını istehsal etmək hüququnu "Interplay" şirkətinə lisenziyalaşdırmışdır. Oyun "Interplay" tərəfindən beta mərhələsinə çatdırılmış, lakin sonradan iki şirkət arasında yaranan mübahisə səbəbilə ləğv edilmişdir.
Videooyunlar
Əsas seriya +BaşlıqİstehsalçıYayımçıBuraxılış tarixləri və platformalarFalloutBlack Isle StudiosInterplay Entertainment 1997 — MS-DOS, Windows, Mac OS 2002 — macOSFallout 2Black Isle StudiosInterplay Entertainment 1998 — Windows macOSFallout 3Bethesda Game StudiosBethesda Softworks 2008 — Windows, PlayStation 3, Xbox 360Fallout 4Bethesda Game StudiosBethesda Softworks 2015 — Windows, PlayStation 4, Xbox One 2017 — HTC Vive
Spin-offlar +BaşlıqİstehsalçıYayımçıBuraxılış tarixləri və platformalarFallout Tactics: Brotherhood of SteelMicro FortéInterplay Entertainment 2001 — WindowsFallout: Brotherhood of SteelInterplay EntertainmentInterplay Entertainment 2004 — PlayStation 2, XboxFallout: New VegasObsidian EntertainmentBethesda Softworks 2010 — Windows, PlayStation 3, Xbox 360Fallout ShelterBethesda Softworks Behavior InteractiveBethesda Softworks 2015 — Android, iOS 2016 — Windows 2017 — Xbox One 2018 — PlayStation 4, Nintendo SwitchFallout 76Bethesda Game StudiosBethesda Softworks 2018 — Windows, PlayStation 4, Xbox One
Ləğv edilmiş videooyunlar +BaşlıqİstehsalçıFallout Extreme14 Degrees EastFallout Tactics 2Micro FortéVan BurenBlack Isle StudiosFallout: Brotherhood of Steel 2Interplay EntertainmentProject V13 (Fallout Online)Interplay Entertainment Masthead Studios
Əlavə məzmunlar +Orijinal videooyunƏlavənin başlığıBuraxılış tarixləri və platformalarFallout 3Operation: Anchorage 2009 — Windows, PlayStation 3, Xbox 360The PittBroken SteelPoint LookoutMothership ZetaFallout: New VegasDead Money 2010 — Xbox 360 2011 — Windows, PlayStation 3Honest Hearts 2011 — Windows, PlayStation 3, Xbox 360Old World BluesLonesome RoadGun Runners’ ArsenalCourier’s StashFallout 4Automatron 2016 — Windows, PlayStation 4, Xbox OneWasteland WorkshopFar HarborContraptions WorkshopVault-Tec WorkshopNuka-World
Ekranlaşdırılma "Fallout" üçün bir film adaptasiyasının çəkilişinə 1998-ci ildə "Interplay Films" tərəfindən start verilmişdir. Brent V. Fridman filmin ssenari müəllifi təyin edilmişdir, lakin 2000-ci ildə "Interplay Films" diviziyası ləğv edilmiş və film üzərində iş dayandırılmışdır.
Orijinal oyun əsasında "Radioaktiv yağınta: Nuka tətil" () adlı həvəskar bir film çəkilmişdir. Filmdəki obrazlar sığınacaq sakini, onun qulbasdı yoldaşı Ben və keçmiş bir kölədir. Bəzi səhnələr kuklalarla çəkilmiş və CGI effektlərindən istifadə edilmişdir. "YouTube" platformasına yerləşdirilən film altı hissəyə ayrılmış, birinci hissə 2011-ci ilin sentyabrında yayımlanmışdır. "Gizmodo France" saytı filmdə təqdim olunan fotogen səhra mənzərələrini tərifləmişdir. "GameFront" saytının icmalçısına görə film "Fallout atmosferini mükəmməl şəkildə özündə əks" etmişdir və rəsmi "Bethesda" bloqu filmi "gözəl bir iş" adlandırmışdır.
2013-cü ilin yanvarında "Bethesda" elmi fantastik janrda teleserialı üçün bir ticarət markasını qeydiyyatdan keçirmişdir. "Dwell On It" saytının işçiləri tərəfindən qeyd edildiyi kimi, teleserial çəkmək hüquqları şirkət tərəfindən 2009-cu ilin fevralında əldə edilmişdi. Şirkətə görə teleserialın hadisələri nüvə fəlakətindən çıxmış bir dünyada cərəyan edəcək. 2020-ci ilin iyul ayında "Amazon Studios"un aylardır davam edən danışıqlardan sonra "Fallout" seriyası əsasında bir teleserial çəkmək hüquqlarını lisenziyalaşdırdığı təsdiqlənmişdir. 2 iyul 2020-ci ildə "Amazon" və "Kilter Films"in iştirakını təsdiqləyən bir tizer yayımlanmışdır. Əlavə olaraq, "Bethesda Game Studios" və "Bethesda Softworks" da teleserialın çəkilişindən məsul olacaq.
Mənbə İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Fallout vikiası.
Kateqoriya:Fallout Kateqoriya:Microsoft proqram təminatı Kateqoriya:Retrofuturizm Kateqoriya:Hadisələrin ABŞ-də cərəyan etdiyi videooyunlar Kateqoriya:Fallout oyunları Kateqoriya:1997-ci ilin videooyunları