Çuvaş Dövlət Opera və Balet Teatrı () — 1960-cı ildə Çuvaş Respublikasında Çuvaş Dövlət Musiqili Teatrının bazasında yaradılmış Çeboksar teatrı. Mövcud teatr binası 1985-ci ildə inşa edilmişdir.
Tarixi Teatr 1960-cı ildə F. Vasilyevin ilk Çuvaş operası "Şıvarman" ("Su dəyirmanı") ilə açılmışdır. Kollektivə Boris Semenoviç Markov rəhbərlik edirdi. Əvvəlcə tamaşalar Çuvaş Musiqi və Dram Teatrının səhnəsində oynanılırdı.
1967-ci ildə Q. Xirbinin "Narspi" operasının səhnələşdirilmiş quruluşu həyata keçirildi. O, həmçinin Çuvaşıstan Sovet Muxtar Respublikasının K. İvanov adına Dövlət Mükafatına layiq görüldü. Teatrda ilk balet tamaşası — A. Adamın "Jizel" tamaşası oldu. 28 iyun 1970-ci ildə ilk milli çuvaş baleti dünyaya gəlmişdir. Bu F. Vasilievin "Sarpiqe" baleti idi.
1969-cu ildə musiqi truppası teatrdan ayrılaraq müstəqil oldu. Çuvaş Musiqili Teatrı onun bazasında yaradıldı. 1993-cü ildə isə teatr Çuvaş Dövlət Opera və Balet Teatrına çevrildi.Чувашский государственный театр оперы и балета
1991-ci ildən başlayaraq, teatr hər il Maksim Mixaylov adına Beynəlxalq Opera Festivalına ev sahibliyi edir. 1997-ci ildən isə hər il keçirilən Beynəlxalq Balet Festivalı da tamaşaçılar arasında xeyli populyardır.
Binanın tarixi və memarlığı Mövcud teatr binası 1985-ci ildə inşa edilmişdir. Binanın memarları R. A. Bequnts, V. A. Teneta olmuşdur. Bina Sovet modernizmi stilində tikilmişdir və onun görkəmli nümunəsidir. Binanı tikən bir qrup memar və inşaatçı 1987-ci ildə RSFSR Dövlət Mükafatına layiq görülmüşdür..
Repertuar
Opera Tarix boyu teatr truppası yerli və xarici klassiklərin əsərlərini səhnələşdirmişdir. Pyotr Çaykovskinin "Yevgeni Onegin"in ardından Sergey Raxmaninovun "Aleko" və Rucero Leonkavallonun "Məzhəkəçilər" operaları, Coakkino Rossinin "Sevilya bərbəri", Cakomo Puççininin "Toska" və "Madam Batterflay", Cüzeppe Verdinin "Riqoletto" "Traviata", "Trubadur", P. Çaykovskinin "Maça Kraliçası" və "Iolanta", M. Mussorqskinin "Boris Qodunov", A. Bordinin "Knyaz İqor", N. Rimski-Korsakovun "Çar Gəlini", Motsartın "Fiqaronun toyu", P. Maskaninin "Kənd qüruru", Jorj Bizenin "Karmen", J. Offenbaxın "Hoffmann Nağılları" kimi əsərlərə Çuvaş opera və balet teatrında quruluş verilmişdir.
Çuvaş Dövlət Opera və Balet Teatrının truppasının repertuarına "Lüksemburq qrafı", "Yarasa", "Sirk şahzadəsi", "Silva", "Maritza" kimi operettalar da daxildir.
Balet Teatrın balet truppasının işinin əsasını klassik repertuar təşkil edir. Çuvaş Dövlət Opera və Balet Teatrında L. Minkusun "La Bayadère" və "Don Kixot", "Qu gölü", Pyotr Çaykovskinin "Yatmış Gözəl" və "Şelkunçik", Sergey Prokofiyevin "Zoluşka" və "Romeo və Cülyetta" baletləri müntəzəm olaraq səhnələşdirilir. Teatrda ilk balet tamaşası — A. Adamın "Jizel" 1967-ci ildə səhnəyə qoyulmuşdur. 28 iyun 1970-ci ildə ilk çuvaş milli baleti olan F. Vasilyevin "Sarpiqe" baletinin premyerası baş tutdu. Beş il sonra teatrın səhnəsində bəstəkarın başqa bir baleti — "Arçora" qoyuldu. Sonradan milli xoreoqrafiya repertuarı A. Andreevin səhnələşdirdiyi V. Xodyaşşevin "Vonderful Embroiderer", V. Budarinin səhnələşdirdiyi A. Lotsevanın "Ugaslu" baletləri, A. Qalkinin uşaqlar üçün "Pyurneske" baleti ilə tamamlandı. 2007-ci ildə Çuvaşıstan Respublikası Prezidentinin qrantı ilə A. Lotsevanın "Axşam Şəfəqinin İşığı" milli baleti səhnəyə qoyuldu.
Teatrın balet əsərləri arasında "Faust" operasından "Valpurqis Gecəsi", "Kamelyaların xanımı", "Balzaminovun evliliyi", "Karmen Suite", "Kiçik kambur atı", "Lolita" , "Qarağacın altındakı sevgi", "Aşk-acıma", "Nunçu", "Doktor Aybolitin sərgüzəştləri", "Min bir Gecə" klassik nümunələr də vardır.
Uşaqlar üçün tamaşalar "Ali Baba", "Al Yelkənlər", "Büllur ayyaqabılar", "Kanterville ruhu", "Teremok", "Bremen musiqiçiləri", "Qar Kraliçası" opera və balletləri göstərilmişdir.
Artistlər
Opera truppası Repertuara həm klassiklərin, həm də müasir müəlliflərin ən mürəkkəb əsərləri daxil edilmişdir. Opera truppasının bir çox sənətçisi ümumrusiya və beynəlxalq müsabiqələrin, habelə xüsusi teatr layihələrinin laureatlarıdır və konsert fəaliyyətində fəal iştirak edirlər. SOPRANOLAR MEÇÇO-SOPRANOLAR TENORLAR BARİTONLAR BASLAR Olqa Vasilyeva Yelena Qalkina Vasili Vasilyev Sergey Alekseyev Mixail Mokşanov Olqa Vidyayeva Valentina Dvoynova İlya Quryev Konstantin Yefremov Konstantin Moskalyov Mariya Yelanova Svetlana Yefremova Anatoli Kanyuka Pyotr Zalomnov Andrey Nikolayev Zinaida Prokopyeva Marqarita Finogentova Sergey Kuznetsov Nikolay İvanov Tatyana Prıtçenkova Vasili Nikolayev İvan Nikolayev Valentina Smirnova Dmitri Syomin Andrey Mixaylov Yelena Sokolova İvan Snigiryov Ruslan Osipov Nadejda Stepanova Tatyana Toybaxtina Lyudmila Yakovleva
Balet truppası Truppada Yoşkar-Ola, Sankt-Peterburq və Rusiyanın digər şəhərlərindən sənətkarlar çalışır. Rəqqasələr rus və xarici turlarda iştirak edirlər. APARICI SOLİSTLƏR APARICI SOLİSTLƏR QADIN SOLİSTLƏR KİŞİ SOLİSTLƏR Anastasiya Abramova Aydar Xisamutdinov Lidiya Qovarçenko Gennadi Vinoqradov Tatyana Alpidovskaya Dmitriy Abramov Lyubov Lipatova Konstantin Dunayev Tatyana Andreyeva Andrey Subbotin Svetlana Lvova Stanislav Kultin Marqarita Kamış Anna Seryogina Karim Mübarakşin Yelena Lemeşevskaya Olqa Saparkina Olqa Prıtkova Marianna Çemalina
Ədəbiyyat Заломнов П. Д. Марков Борис Семенович, Чувашский государственный театр оперы и балета и ведущие мастера его сцены. — Чебоксары, 2002. — С. 25–26. Марков, А. С. "На театральных подмостках трагедии разыгрываются по-настоящему" / А. С. Марков // СЧ–Столица. – 2000. – 26 янв. – 1 февр. (№ 3). – С. 15. Алексеев, О. "Оперӑпа балет театрне – Борис Марков ятне" / О. Алексеев // Хыпар. – 2001. – 16 ҫу. Канюкова, А. С., "Жизнь, отданная театру"/ А. С. Канюкова, А. С. Марков. – Чебоксары : Изд-во ЧГУ, 1999. – 134 с. : ил.
Xarici keçidlər Сайт Чувашского государственного театра оперы и балета Михаил Игнатьев посетил гала-концерт XXI Международного балетного фестиваля Чувашский государственный театр оперы и балета — статья на портале specialradio.ru / 08.06.2017 Гала-концерт в селе Аликово Сайт театра В.Давыдов-Анатри о Борисе Маркове Гала-концертом завершился оперный фестиваль в Чувашии Культура: Чувашские артисты вернулись из Европы Театр оперы и балета откроет сезон оперой "Нарспи" Новая "Золушка" и немцам понравилась Для ремонта театра оперы балета выделили 13 миллион рублей Перед театром буде чувашский орнамент На фестивале балет "Сарпике": "в самом деле интересный" Название Театра оперы и балета написано по-чувашски
İstinadlar
Kateqoriya:Çuvaşıstan Kateqoriya:Çuvaşıstan mədəniyyəti Kateqoriya:Rusiyada balet