Hörümçək-adam (Yaponca: スパイダーマン, Hepburn: Supaidāman, həmçinin Yapon Hörümçək-adam kimi də tanınır) — Toei Company tərəfindən istehsal olunmuş canlı-ekşn janrında olan yapon tokusatsu teleserialı. Prodüser Cini Pal tərəfindən danışıqlar aparılmış və serial müqavilə yolu Marvel Comics-in Hörümçək-adam personajına əsaslanmışdır. "Spider-Man on TV". IGN. Archived from the original on 2010–10–24. Retrieved 2010–09–09 Serial 17 may 1978-ci il tarixindən Tokyo Channel 12 (TV Tokyo) kanalının JTS blokunda yayıma başlamış və hər həftənin çərşənbə günü 19:30-da yayımlanmışdır. 14 mart 1979-cu ildə isə yayımını başa çatdırmışdır. Serialın teatr tərzli seriyası 22 iyul 1978-ci ildə "Toei Manga Matsuri" film festivalında göstərilmişdir. Marvel öz vebsaytında 5 martdan 24 dekabr 2009-cu ilə qədər serialın bütün seriyalarının ingiliscə subtitrli versiyalarını yenidən yükləmişdir. "Japanese Spider-Man Movie Hub at Marvel.com". Archived from the original on 2010–12–17. Retrieved 2011–03–06.
Məzmun Gənc motosiklet yarısçısı Takuya Yamaşiro yerə düşən bir NUO görür (bu obyektin adı "Marveller"-dir). Takuyanın atası Doktor Hiroşi Yamaşiro kosmos arxeoloqudur. O bu işi araşdırır, lakin kosmik gəmini taparkən həlak olur. Bu hadisə Bədheybət professor və Dəmir Xaç ordusunun (鉄十字団, Tetsu Jūji Dan) diqqətini cəlb edir.
Takuya atasının ardınca Marveller-ə gedir və Ceriyanı kəşf edir. Ceriya Bədheybət professor və onun Dəmir Xaç ordusunun məhv etmiş Hörümçək planetinin son döyüşçüsüdür. Ceriya izah edir ki, o Bədheybət professoru ovlamış lakin müharibəni davam etdirmək üçün kiməsə ehtiyac duymuş və öz qanının bir hissəsini Takuyanın bədəninə yeritdirmişdir. Bu qan Takuyaya yeni hörümçəkvari güclər qazandırmışdır. Ceriya Takuyaya qolbaq verir və o bu qolbaqla öz hörümçək qoruyucusunu, atıcı veb-xətlərini və Marveller gəmisini (bu gəmi "Liyopard" adlı div müharibə robotuna çevrilir) idarə etmək bacarığına malik olur. Güclərindən istifadə edərək, Takuya "Hörümçək-adam" adı altında Yer planetini Bədheybət professorun ordusundan və başqa təhlükələrdən qoruyur.
Kastinq Takuya Yamaşiro / Hörümçək-adam: Sinzi Todo Hitomi Sakuma: Rika Miura (1–12, 14, 15, 17, 18 və 20–41-ci seriyalar) Şinko Yamaşiro: İzumi Oyama (1–39 və 41-ci seriyalar) Takuji Yamaşiro: Yoşiharu Yabuki (1–16, 18–24, 26, 27, 29–33, 35–39 və 41-ci seriyalar) Bədheybət professor: Mitsuo Ando (bütün seriyalar) Amazonlar: Yukie Kaqava (bütün seriyalar) Ceriya: Toşiaki Nişizava (1 və 2-ci seriyalar) Doktor Hiroşi Yamaşiro: Fuyuki Murakami (1-ci seriya) Jüzo Mamiya: Noboru Nakaya (11, 12 & 14-cü seriyalar və Filmdə) Rita: Rie Rinehart (35–41 seriyalar) Bella: Tina Marqo (35–38-ci seriyalar) Vanita Somaborudo (39–41-ci seriyalar) Yazıçı: Toru Ohira Hörümçək-adamın geyim aktyoru: Hirofumi Koqa (bütün seriyalar), Ryusuke Sakitsu (17 və 18-ci seriyalar) Şozo İzuka (1–7, 13–21, 26, 28–38-ci seriyalar və Film) BEMs Maşının müxtəlif səsləri: Hisako Kyoda (8 və 23-cü seriyalar) BEMs Maşının müxtəlif səsləri: Şin Aomori (24 və 25-ci seriyalar)
Film
Serialın film versiyası ilk dəfə 22 iyul 1978-ci ildə Toei Manga Matsuri film festivalında təqdim olunmuşdur. Filmin rejissoru Koiçi Takemoto və ssenaristi Susumu Takakudur. Film sonradan serialın üç hissəsində (11, 12 və 14-cü hissələr) meydana çıxan Juzo Mamiya obrazının ilk görünüşü idi. Bu səbəbdən film 10 və 11-ci seriyalar arasında baş verir.
Yaradıcı heyət Prodüserlər: Susumu Yoşikava (Toei), Hiroşi İşikava (Tokyo Channel 12), Cini Pils Yaradıcı: Saburo Yatsude (Sten Li və Stiv Ditko tərəfindən yaradılan Marvel qəhrəmanı Hörümçək-adama əsaslanır.) Musiqi bəstəkarı: Miçiaki Vatanabe Musiqi prodüseri: Andante Musiqi ifaçıları: Kolumbiya Zərbə Ansamblı (kataloq nömrəsi: Kolumbiya qeydi CQ-7010) Personaj dizaynı: Kikakuşa 104, Muneo Kubo Geyim istehsalı: Ekisu Production Ssenaristlər: Şozo Uehara, Susumu Takaku, Kuniaki Oşikava, Hirohisa Soda, Mikio Matsuşita Rejissorlar: Koiçi Takemoto, Katsuhiko Taquçi, Takaharu Saeki, Kimio Hirayama, Hideo Tanaka, Yoşiaki Kobayaşi Dublör Koordinatorları: Osamu Kaneda, Junji Yamaoka (Japan Action Club) Xüsusi effekt rejissoru: Nobuo Yajima Köməkçi rejissorlar: Masao Minova və başqaları İstehsal şirkətləri: Toei, Toei Advertising, Tokyo Channel 12
Tema mahnıları Açılış tema musiqisi "Kakero! Spider-Man"|駆けろ!スパイダーマン|Kakero! Supaidāman|Run! Spider-Man Sözlər: Saburo Yatsude Bəstəkar: Miçiaki Vatanabe (Şumei Vatanabe kimi sadalanmışdır) Rəssam: Yuki Hide Qapanış tema musiqisi "Chikai no Ballade"|誓いのバラード|Chikai no Barādo|The Oath's Ballade Sözlər: Saburo Yatsude Bəstəkar: Miçiaki Vatanabe (Şumei Vatanabe kimi sadalanmışdır) Rəssam: Yuki Hide
İstinadlar
Həmçinin bax Spider-Man: The Manga Spider-Man J
Xarici Keçidlər Spider-Man (Japanese TV Series) at IMDb Spider-Man (Japanese TV Series) at Wikipedia Spider-Man movie hub at Marvel.com Toei website Kateqoriya:Disney teleserialları